Page 369 - Sholom_Aleyhem_Макет 1
P. 369
Südçü Tevye
– Son sözlәrinizi başa düşmәdim. Qәdim yәhudi dilini o
qәdәr dә yaxşı bilmirәm.
– Xәbәrim var, – deyirәm, – savadınız azdır. Әgәr xederdә,
yәni ruhani mәktәbindә oxusaydınız, qәdim yәhudi dilindә sәrbәst
danışardınız. Mәlumunuz olsun ki, vaxtilә xederdә tәhsil almışam...
Gülüb deyir:
– Razıyam, reb Tevye, bayramın birinci günü qonağınızam.
Dostlarımla birlikdә blinçik yemәyә gәlәcәyәm, ancaq blinçiklәr
isti olsun ha...
– Elә qaynar olacaq ki, ağzınızı yandıracaq! – cavab verirәm. –
Ocaqdan birbaşa süfrәyә!
Evә gәlib qarıya sәslәnirәm:
– Qolda, bayramda qonaqlarımız olacaq.
– Tәbrik edirәm! – deyir. – Kimdir?
– Sonra bilәrsәn, – deyirәm. – Yumurta tәdarük elә, pendirimiz,
yağımız var. Üç-dörd nәfәrә yetәcәk qәdәr blinçik bişirәrsәn, ca-
vanlar gәlәcәk, Müqәddәs kitabdan isә başları çıxmır!
– Yәqin, aclıq çәkәn quberniyalardan olan avaraları dәvәt
elәmisәn, hә?
– Axmaqsan, Qolda! Әvvәla, bayramda yoxsul bir adama
blinçik yedizdirmәk böyük savabdır. İkincisi, әziz, sevimli, nәcib
vә fağır arvadım, xanım Qolda, qonaqlardan biri dul arvadın
oğlu, haqqında sәnә danışdığım hәmin Aronçikdir.
– Bu, başqa mәsәlә! – cavab verir.
Bax budur milyonun gücü! Hәtta mәnim Qoldam da pulun
qoxusunu duyan kimi başqa adam olur. Dünyanın işi belәdir,
qardaş, әlac nәdir? Duada deyilir: “Gümüş vә qızıl – insan әlinin
mәhsuludur”, – pul insanı mәhv edir.
Nәhayәt, çoxdan gözlәnilәn bayram gәldi. Bizim xutorun
әsrarәngiz tәbiәtini, saf havasını tәsvir etmәyә ehtiyac yoxdur.
Sizin şәhәrin әn varlı adamları arzu edәrdi ki, bayramı bu cәnnәt
guşәsindә keçirsin – şam ağacları әtir saçır, meşәdә gül-gülü
çağırır, quşlar cәh-cәh vurur, örüş yeri yaşıl otlara bürünüb,
inәklәr dә sakitcә otlayır...
369