Page 367 - Sholom_Aleyhem_Макет 1
P. 367

Südçü Tevye

             Dul arvad deyir:
             – Qonşular sizi mәslәhәt görüb. Deyirlәr, әn yaxşı süd sizdә
          olur.
             – Bәs necә! – cavab verirәm. – Necә deyәrlәr, malın yaxşı
          olsun, müştәri özü gәlәcәk! Әgәr istәsәniz, yaşadığınız bu yerin,
          yәni Midraşın adının izahını söylәyә bilәrәm...
             Amma qadın sözümü kәsib deyir ki, dulam vә belә şeylәrdәn
          başım çıxmır. Yәni adın mәnası nәyimә gәrәkdir? Әsas mәsәlә
          yağın tәzә, kәsmiyin dadlı olmasıdır... İndi gәl, qadını başa sal!
             Nә isә, Yekaterinoslavldan gәlmiş dul qadına hәftәdә iki dәfә –
          bazar ertәsi vә cümә axşamı baş çәkirdim. Soruşmurdum, lazımdır,
          ya yox, malı vaxtında gәtirirdim. Ailәnin yaxın adamına çevril -
          mişdim. Tәdricәn, evdәki qayda-qanunla, mәtbәxlә maraqlandım,
          mәslәhәtlәr verdim. Әvvәlcә, xidmәtçi qadının acığı tutdu, dedi
          ki, başqasının işinә burnumu soxmayım. Ancaq sonradan sözümә
          qulaq asıb mәnimlә mәslәhәtlәşmәyә başladılar: nәhayәt, dul
          qadın  Tevyenin kim olduğunu başa düşdü. Belәliklә, әlaqәlәr
          möhkәmlәndi vә bir dәfә qadın mәnә ürәyini açdı. Şikayәti oğlu
          Aronçikdәn idi! Oğlanın yaşı iyirmini ötüb, ancaq işi-gücü at
          saxlamaq, balıq tutmaqdır. Başqa heç nә ilә maraqlanmır. Faydalı
          iş, pul qazanmaq barәdә eşitmәk belә istәmir. Atası ona böyük
          mi ras qoyub, bir milyon olar, oğlanı heç bu da maraqlandırmır!
          Sağa-sola xәrclәyir, әlindә pul saxlaya bilmir!
             – Oğulcuğaz hardadır? – soruşuram. – Gәlsin, bir az söhbәt
          edәk, başına ağıl qoyum, bir-iki mәsәl çәkim!
             Qadın gülür:
             – Nә danışırsınız? Siz ona atlardan, qırmaqdan danışın, mәsәl
          qanan deyil!
             Söhbәt әsnasında  Aronçik dә gәlib çıxır... Cüssәli, sәrv
          qamәtli oğlandır. Enli kәmәrini, üzr istәyirәm, şalvarın üstündәn
          taxıb, cib saatı göz qamaşdırır, köynәyinin qollarını dirsәkdәn
          yuxarı çırmalayıb.
             – Hara getmişdin? – anası soruşur.
             – Qayıqla üzürdüm, – cavab verir, – balıq tuturdum...





                                                              367
   362   363   364   365   366   367   368   369   370   371   372