Page 374 - Sholom_Aleyhem_Макет 1
P. 374

Şolom Aleyxem

                – Arnold şarlatan deyil, – cavab verir. – Ürәyi safdır. Sәviyyәsiz
            adamların arasında yaşayır, onların da dini-imanı puldur!
                – Belә de! – söylәyirәm. – Şprinsa, filosofluğa başlamısan?
            Sәn dә pula nifrәt edirsәn?
                Nә isә, söhbәtdәn belә başa düşürәm ki, onlar öz aralarında
            mәsәlәni hәll ediblәr, mәn isә gec ayılmışam – geriyә yol yoxdur!
            Övladlarımı yaxşı tanıyıram! Sizә bir dәfә demişәm, әgәr Tevyenin
            qızı birinә vuruldusa, onu bütün varlığı vә canı ilә sevәcәk!
            Düşünürәm: “Ay başıboş! Özünü hamıdan ağıllı göstәrmәk
            istәyirsәn? Bәlkә, bu, Allahın mәslәhәtidir? Bәlkә, qismәt belәdir
            ki, çәkdiyin bütün әzab-әziyyәtlәrin әvәzini elә bu sakit Şprinsanın
            vasitәsilә alacaqsan? Qoca vaxtında rahatlıq nә olduğunu görüb
            hәyatın mәnasını anlayacaqsan? Bәlkә, qızının taleyinә milyonçu
            olmaq yazılıb? Axı niyә dә olmasın? Harda deyilib ki, Tevye
            ömrünü yoxsulluq, sәfalәt içindә keçirmәli, atı ilә әllәşmәli,
            Yequpets varlılarına yağ-pendir daşımalı, malları ilә zәnginlәrin
            süfrәsini bәzәmәlidir? Kim bilir, bәlkә, elә bu, Allahın qismәtidir
            ki, qoca vaxtımda nәsә yaxşı bir iş görüm, xeyriyyәçi olum,
            ziyalılarla oturub-durum, vaxtımı müqәddәs kitabları oxumaqla
            keçirim?” Bu fikirlәr mәni mәst edir... Duada deyilir: “İnsan
            qәlbindә çoxlu fikir var”, – vә ya bizim kәndlilәrin tәbirincә:
            “Axmaq adam xәyallarla varlanır...” Evә girib qarını kәnara
            çәkirәm vә söhbәtә başlayıram.
                – Necә bilirsәn, – deyirәm, – Şprinsa milyonçu arvadı ola
            bilәrmi?
                – “Milyonçu” nә demәkdir?
                – Milyonçu – yәni milyonçunun arvadı?
                – Milyonçu nә demәkdir axı?
                – Milyonçu o demәkdir ki, adamın milyonu var...
                – Milyon, yәni nә qәdәr?
                –  Axmaqsan! Milyonun nә qәdәr olduğunu bilmirsәnsә,
            sәninlә nә danışım?
                – Sәnә yalvaran var?
                Arvad haqlıdır. Nә isә, bir gün keçir, evә gәlirәm.





             374
   369   370   371   372   373   374   375   376   377   378   379