Page 375 - Sholom_Aleyhem_Макет 1
P. 375
Südçü Tevye
– Aronçik gәlmişdi?
– Yox.
Bir gün dә keçir.
– Oğlan gәlmişdi?
– Yox...
Bir bәhanә tapıb dul arvadın yanına getmәk yaxşı düşmәz:
elә bilәr, Tevye qohumluğa can atır... Amma hiss edirәm ki, baş
verәnlәr o qadının heç vecinә deyil. Sәbәbini anlaya bilmirәm.
Bәlkә, ona görә ki, milyonum yoxdur, hә? Axı indi qudam mil -
yon çudur! Bәs onun qudası kimdir? Dilәnçi, yoxsul südçü Tevye!
Kim qürrәlәnmәlidir – mәn, yoxsa o? Әlimi ürәyimin üstünә
qoyub deyә bilәrәm ki, mәn bu izdivacı yalnız nikah xәtrinә yox,
özümü qalib hiss etmәk üçün arzulayıram. “Lәnәtә gәlmiş
Yequpets varlıları! Qoy Tevyenin kim olduğunu bilsinlәr! Yoxsa
milyonçu Brodskinin adı dillәrindәn düşmür, guya başqaları
adam deyil!”
...Bir dәfә Boyberikdәn evә qayıdanda qarım qarşıma şad
xәbәrlә çıxır: dul qadın indicә Boyberikdәn adam göndәrmişdi,
sәni görmәk istәyir, deyir, arabaya minib dәrhal gәlsin!
– Nә mәsәlәdir, görәsәn? – soruşuram, – Tәlәsmәkdә xeyir
ola?
Şprinsaya baxıram. Susur, amma gözlәri danışır, özü dә necә!
Onun qәlbini kimsә mәnim kimi anlaya bilmәz... Qorxuram, bu
mәsәlә alınmasın, hәr nә desәn, ola bilәr! Aronçiklә onun başa
düşdüyü tәrzdә danışmışdım, amma görürdüm ki, sözlәrimin heç
bir tәsiri yoxdur. Digәr tәrәfdәn, Şprinsa şam kimi әriyirdi...
Axşamçağı atı qoşub Boyberikә yollandım. Fikirlәşirәm:
“Mәni belә tәlәsik çağırmaqda xeyirdimi? Razılıq almaq üçün?
Yoxsa nikah mәsәlәsini müzakirә edәcәyik? Belә olsaydı, oğlan
yanıma gәlmәli idi. Axı necә dә olsa, qız atasıyam”. Mәni gülmәk
tutdu: harda görünüb ki, varlı kasıbın qapısına gәlsin? Bәyәm
dünya tәrsinә çevrilib? Zühur zamanı gәlib?
Müasir cavanlar mәni inandırmaq istәyir ki, tezliklә zaman
dәyişәcәk: guya varlı ilә kasıb bәrabәr yaşayacaq, mәnim-sәnin
olmayacaq! Boş şeydir! Dünya hәlә ağlını itirmәyib, amma yer
üzü belә sәrsәmlәrlә doludur! Vay bizim halımıza!
375