Page 383 - Sholom_Aleyhem_Макет 1
P. 383

Südçü Tevye

             – Sәbәbi nәdir? – soruşuram.
             – İndi nikahlar evdә bağlanmır, – deyir.
             – Bәs harda bağlanır?
             – Oralarda, xaricdә...
             – İndi mәnim kimilәr neylәsin? Heç babamın nәnәsi dә
          oralarda olmayıb!
             – Sizә layiq, – tütün kisәsini mәnә uzadır, – reb  Tevye,
          mәnim burada bir malım var...
             – Mәsәlәn?
             – Dul qadındır, – cavab verir, – uşağı da yoxdur, yüz әlli rubl
          cehizi var, varlıların evindә aşpaz işlәyib...
             Ona baxıb soruşuram:
             – Reb Efraim, siz kimi evlәndirmәyi nәzәrdә tutursunuz?
             – Necә yәni kimi? – deyir. – Әlbәttә, sizi!
             – Tfu, lәnәtә gәlәsәn! Ağlınız çaşıb, nәdir? – qırmancla atı
          vururam ki, tәrpәnsin.
             Bu vaxt Efraim dillәnir:
             – Reb Tevye, әgәr xәtrinizә dәydimsә, üzr istәyirәm. Zәhmәt
          olmasa, deyin, bәs kimi nәzәrdә tuturdunuz?
             – Kimi nәzәrdә tutacağam, – deyirәm, – әlbәttә, kiçik qızımı!
             Yerindәn atılıb әlini alnına vurur:
             – Ay sәni! Nә yaxşı ki, yadıma saldınız, reb Tevye, Allah öm-
          rünüzü uzun elәsin!
             – Amin! – cavab verirәm. – Sizә dә zühura qәdәr yaşamağı
          arzulayıram. Amma sevincinizin sәbәbini anlamadım…
             – Әla! – deyir. – Bundan yaxşısını tapmaq olmaz!
             – Axı nә olub?
             – Kiçik qızınız üçün әla namizәdim var, canlara dәyәn
          oğlandır. Elә hesab edin ki, sizә xoşbәxtlik üz verib, biletiniz
          udub. Әvvәla, varlıdır, pul kisәsi aşıb-daşır, milyonçu Brodski
          kimi! Özü podratçıdır, adı Pedotsurdur!
             – Pedotsur? – soruşuram. – Tövratda bu adı eşitmişәm.
             –  Tövratın bura nә dәxli? O, podratçıdır, ev, körpü tikir,
          müharibә vaxtı Yaponiyada olub, bir әtәk pul gәtirib, cins atlarda,





                                                              383
   378   379   380   381   382   383   384   385   386   387   388