Page 387 - Sholom_Aleyhem_Макет 1
P. 387
Südçü Tevye
bir qız hәrlәnib-fırlanır. “Yәqin, xidmәtçidir”, – fikirlәşirәm,
çünki gözlәrindәn biclik yağır. Xidmәtçi qızların gözlәri hәmişә
belә olur. Bilirsiniz, mәn varlıların evindә çox olmuşam vә
xidmәtçilәri dәrhal tanıyıram... Qıza işarә edirәm: “Yәni, gözәlim,
aç qapını!” Qapını açır, tәsәvvür edin, yәhudi dilindә soruşur:
– Nә lazımdır?
– Pedotsur burada yaşayır? – soruşuram.
– Axı sizә kim lazımdır? – sәsini ucaldır.
Mәn dә ucadan danışmağa başlayıram:
– Soruşanda düzәmәlli cavab ver! Pedotsur burada yaşayır?
– Bәli.
– Demәli, düz gәlmişәm. Get madam Pedotsura söylә ki,
qonağı gәlib, atası Tevye, içәri buraxmırlar, qapı dalında qalıb,
çünki gümüş düymәli libas geymiş o axmaq lakeyin, deyәsәn,
buynuzu gicişir!
Qız qәhqәhә çәkdi, görünür, mәnim kimi adamları çox görüb,
qapını üzümә çırpıb yuxarı qaçdı, sonra gәlib mәni içәri buraxdı.
Saray nә saray! Belәsini heç atam da yuxusunda görmәyib – hәr
tәrәf ipәk, mәxmәr, qızıl, büllur, yeriyәndә ayaqlarının sәsini dә
eşitmirsәn, çünki murdar ayaqlarını qar kimi yumşaq, bahalı
xalıların üstünә qoyursan. Hәlә saatları görәsiniz! Divarda,
masanın üstündә – saymaqla qurtarmır! “İlahi, bu qәdәr saat
adamın nәyinә gәrәkdir?” – fikirlәşirәm vә әllәrimi arxamda
çarpazlayıb yeriyirәm. Görürәm, hәr tәrәfdәn Tevyelәr üstümә
gәlir, biri ora, biri bura, digәri mәnә tәrәf... Tfu, lәnәtә gәlәsәn!
Güzgülәr imiş!.. Yalnız podratçı kimi bir mәxluq özünә bu qәdәr
saatı, güzgünü rәva bilәr!.. Şişman bәdәnli, daz Pedotsur gözlәrimin
önündә canlanır, ucadan danışır, istehza ilә gülür... Yadımdadır,
bir dәfә kәndә, bizә qonaq gәlmişdi, cins ata minmişdi, – özünü
evindәki kimi aparırdı. Beylka ilә tanış olandan sonra mәni
kәnara çәkib pıçıltı ilә danışmağa başladı, guya pıçıldayırdı,
amma sәsi Yequpetsin o biri başında eşidilirdi. Qulağıma dedi ki,
qızından xoşum gәlir, tezliklә toy etmәyi arzulayıram! Hә, qızı
bәyәndiyini, hәqiqәtәn, başa düşmәk olar, amma “tezliklә” sözünü
eşidәndә sanki ürәyimә bıçaq sancdılar. “Tezliklә toy etmәk!” nә
387