Page 392 - Sholom_Aleyhem_Макет 1
P. 392
Şolom Aleyxem
– Anlamadım? – yenә soruşur.
– Onu demәk istәyirәm ki, mәnә Amerikaya getmәyi tәklif
edirsiniz!
Dodağının altında gülüb deyir:
– Amerikaya istәmirsiniz? Bәlkә, Fәlәstinә gedәsiniz? Bütün
qoca yәhudilәr Fәlәstinә gedir.
Bu tәklif ağlıma batdı: “Tevye, deyәsәn, heç dә pis tәklif
deyil axı? Doğrudan da... Bәlkә, Fәlәstin yaxşıdır? Ay ağılsız, nә
itirirsәn, burada kimin qalıb? Qolda, Allah rәhmәt elәsin, qәbirdәdir,
bircә sәn qalmısan, ilahi, keç günahımdan, kimә lazımsan axı?
Nә vaxta qәdәr dünyanı tutub duracaqsan?”
Pan Şolom Aleyxem, bilin ki, Yerusәlimdәki “Ağlama divarı”
çoxdandır mәni özünә çәkir, peyğәmbәrlәrimizin türbәlәrini,
Rahil ananın qәbrini ziyarәt etmәk, Sinayı, Ölü dәnizi, Pitomu,
Ramzesi vә digәr müqәddәs yerlәri görmәyi arzulayıram...
Xәyalәn Xanaan torpağını gәzirәm, necә deyәrlәr, “bal vә südün
axdığı yerlәrә” baş çәkirәm.
Pedotsur mәni xәyallardan ayırır:
– Tәklifim necәdir? Çox fikirlәşmәyin mәnası yoxdur...
– Sizin, – deyirәm, – hәr işiniz qaçhaqaç, qovhaqovdur!
Mәnim üçün qәrar vermәk o qәdәr dә asan deyil, çünki qalxıb
Fәlәstinә getmәk xeyli pul tәlәb edir...
Pedotsur bic-bic gülüb yazı masasına yaxınlaşdı, yeşiyi açıb
pul kisәsini götürdü vә tәsәvvür edin, oradan xeyli mәblәğ ayırıb
masanın üstünә qoydu. Tәklif gözlәmәdәn әsginasları yığışdırıb
(budur – pulun gücü!) cibimә soxdum. Bu mәsәlә ilә әlaqәdar iki
kәlam demәk istәyirәm, sözümü ağzımda qoyur.
– Bu, artıqlaması ilә kifayәt edәr, – deyir, – ora çatandan
sonra pul lazım olsa, yazın – dәrhal göndәrilәcәk. Mәnә belә
gәlir ki, lәngitmәyә lüzum yoxdur – düşünürәm, namuslu, vicdanlı
adamsınız...
Pedotsur bunları deyәrkәn altdan-altdan elә gülürdü ki, ürәyim
bulanırdı. Ağlıma bir fikir gәldi: “Bu kağızları onun sifәtinә
çırpıb deyim ki, Tevye pula satılmır vә sizin kimi adamın
vicdandan, әdalәtdәn danışmağı günahdır!”
392