Page 395 - Sholom_Aleyhem_Макет 1
P. 395

Südçü Tevye

             Beylka sözünә davam edir:
             – Amma çox yaxşı bilir ki, atasının kimliyi mәnә dә mәlumdur.
          Atası әvvәllәr toylarda çalardı. İndi dә hamıya deyir ki, arvadımın
          atası milyonçu olub...
             – Kimi nәzәrdә tutur? – soruşuram. – Mәni? Allah elәmәsin,
          mәn milyonçu olum!
              – Mәni öz tanışlarına tәqdim edәrkәn atam, әmilәrim vә
          bütün qohumlarımın mәşhur nәsildәn olması barәdә danışır.
          Xәcalәtdәn yerә girirәm! Elә şeylәr uydurur ki, heç adamın
          yuxusuna girmәz. Mәcbur qalıb susuram, çünki söz gülәşdirmәyin
          mәnası yoxdur. Dözülmәz adamdır!
             – Sәncә, bu, dözülmәzlikdir? – deyirәm, – bizdә isә buna
          әclaflıq vә biabırçılıq deyirlәr.
             – Yox, ata, – qız deyir, – onu tanımırsan. Sәn deyәn, pis
          adam deyil. Amma dәyişkәn xasiyyәti var. Dәrdә şәrik çıxır,
          sәxavәtlidir. Kefi kök olanda ağlayıb-sızlasan, ürәyini çıxarıb
          verәr. Mәndәn ötrü göydәki ulduzları gedib gәtirmәyә hazırdır!
          Elә bilirsәn, onun yanında hökmüm yoxdur? Bu yaxınlarda söz
          verdi ki, Qodlu vә onun әrini sürgündәn qurtaracaq. And içdi ki,
          bu işdәn ötrü pul әsirgәmәyәcәk, amma şәrt qoydu: sürgündәn
          qayıdıb Yaponiyaya getsinlәr.
             – Yaponiyaya nә üçün? – soruşuram. – Niyә, mәsәlәn, Hindis-
          tana yox?
             – Çünki Yaponiyada iş qurub, – qızım cavab verir. – Dünyanın
          hәr yeri ilә әlaqәsi var. Hәr gün çoxlu teleqram gәlir. Amma
          bunun mәnә nә xeyri? Niyә nәslimi, kökümü alçaldır? Bәyәm
          mәn adam deyilәm?
             – Belә çıxır ki, yox… – deyirәm, – özünә hörmәt qoymasan,
          kim sәnә hörmәt edәcәk?
             Zarafata salıb kәlamlardan danışıram, amma övladımın mil -
          yonlar içindә necә әzab çәkdiyini görüb ürәyim parçalanır.
             – Bacın Qodl belә etmәzdi, – deyirәm.
             – Demişәm ki, mәni Qodlla müqayisә etmә, – cavab verir. –
          Qodl öz ömrünü yaşayır, Beylka isә öz hәyatını... Qodlun dövranı





                                                              395
   390   391   392   393   394   395   396   397   398   399   400