Page 394 - Sholom_Aleyhem_Макет 1
P. 394
Şolom Aleyxem
sıxmışam, bundan başqa da bir neçә dәfә olub... Amma elә-belә
şeydәn ötrü göz yaşı axıtdığım yadıma gәlmir... Beylka ağlayanda
ürәyim elә sıxıldı ki, özümü saxlaya bilmәdim, onu qınamağa
cәsarәtim çatmadı. Mәnә hәr şeyi anlatmaq lazım deyil, adım
Tevyedir vә insanın gözünә baxıb qәlbini oxuyuram. Qızımın
göz yaşlarını görәn kimi dәrhal hәr şeyi başa düşdüm. Ağlamağından
bilinirdi ki, vaxtında atasının sözünә qulaq asmadığı üçün
peşmandır... Onu danlamaq, Pedotsurun hayıfını çıxmaq әvәzinә,
övladıma tәskinlik verdim, mәsәllәr çәkdim, Tevye bunu yaxşı
bacarır!
– Yox, ata, ona görә ağlamıram. Kimsәdәn küsmәmişәm.
Yanıb-tökülürәm ki, mәnim ucbatımdan getmәyә mәcbursan vә
sәnә kömәk әlimi uzada bilmirәm!
– Boş ver, qızım! – onu sakitlәşdirirәm. – Uşaq-uşaq danışma!
Unutma ki, qadir Allah var vә atanın ağlı da hәlә yerindәdir. Elә
bilirsәn, mәnim Fәlәstinә gedib-qayıtmağım çәtin işdir? Müqәddәs
kitabda yazıldığı kimi: “Yola düşdülәr vә dayandılar”, – ora vә
geriyә! Vәssalam!
Belә desәm dә, özlüyümdә fikirlәşirәm: “Yalan deyirsәn,
Tevye! Әgәr getsәn, işin bitdi! Tevye daha yoxdur!”
Sanki ürәyimdәn keçәnlәri oxuyur:
– Yox, ata, körpә deyilәm ki, mәnә lay-lay oxuyasan. Balaca
qızlara gәlincik, oyuncaq verir, boz keçinin nağılını danışırlar...
Әgәr nağıl lazımdırsa, mәn danışım. Ata, amma bu nağıl çox
kәdәrli olacaq.
Beylka belә deyir. Tevyenin qızları boş yerә boğaz yırtmır.
Vә mәnә “Min bir gecә”dәn Pedotsunun bataqlıqdan çıxıb öz
ağlı ilә bu mәrtәbәyә yüksәlmәsi barәdә nağıl danışdı. Dedi ki,
indi әri çalışır ki, milyonçu Brodskini evinә qonaq çağırsın,
bundan ötrü sağa-sola pul sәpir, böyük ianәlәr paylayır. Tәkcә
pul yox, hәm dә yaxşı şәcәrә lazımdır, buna görә Pedotsur
dәridәn-qabıqdan çıxır, sübut etmәk istәyir ki, küçәdәn keçәn adi
adam deyil, nәcib Pedotsurlar nәslindәndir. Axı atası da iri
podratçı olub...
394