Page 396 - Sholom_Aleyhem_Макет 1
P. 396

Şolom Aleyxem


            ilә Beylkanın zamanı arasında mәsafә buradan  Yaponiyaya
            qәdәrdir...
                Bu qәribә sözlәrin mәnasını başa düşürsünüz? Ancaq görürәm,
            tәlәsirsiniz. Bir dәqiqә dә sәbir edin, әhvalatı bitirim. Xoşbәxt
            qızımın dәrd-sәrini, әzablarını eşidib doyandan sonra oranı әzgin
            vә mәyus şәkildә tәrk etdim. Siqarı yerә tulladım, nәfәsimi
            kәsmişdi, hәtta tüpürdüm dә:
                – Rәdd ol, lәnәtә gәlәsәn!
                – Kimә belә acığınız tutub, reb Tevye? – arxadan sәs eşidirәm.
            Baxıram, lәnәtә gәlmiş Şadxen Efraimdir.
                – Xoş gördük! – deyirәm. – Burada xeyir ola?
                – Bәs siz burada nә gәzirsiniz?
                – Qızımgilә qonaq gәlmişdim.
                – Necә dolanırlar?
                – Yaxşı. Allah hәr ikimizә belә dolanışıq qismәt elәsin.
                – Gәrәk ki, mәnim malımdan razı qalmalısınız? – soruşur.
                – Bәs necә! Allah әvәzini versin!
                – Xoş sözә görә sağ olun, – deyir. – Amma sözlә nә cib
            dolur, nә dә qarın. Bәlkә, xoş sözün üstündә mәnә kiçik bir
            hәdiyyә dә verәsiniz, hә?
                – Mәgәr, – soruşuram, – elçiliyә görә payınızı almamısınız?
                – Hә, Pedotsur ödәdi… – qımışır.
                – Nәdi, az verdi?
                –  Yaxşı adam gәrәk sәxavәtini әsirgәmәsin. Çox da verә
            bilәrdi…
                – Mәsәlәn, nә qәdәr?
                – Mәsәlәn... Hәr halda, indi bir quruş da qalmayıb.
                – Bәs hara xәrclәdin?
                – Qızı әrә verdim!
                – Tәbrik edirәm, – deyirәm, – Allah xoşbәxt elәsin!
                – Eh, xoşbәxtlik bizdәn yan ötdü – cavab verir. – Mәnә
            fırıldaqçı kürәkәn rast gәldi. Qızımı döyüb әzab verirdi, sonra
            pulları yığışdırıb Amerikaya qaçdı.
                – Bәs niyә imkan verdin ki, qaçsın?





             396
   391   392   393   394   395   396   397   398   399   400   401