Page 400 - Sholom_Aleyhem_Макет 1
P. 400
canını fәda edirdi, xәtrimi әziz tuturdu, yolumda ölmәyә hazır
idi!
Nә isә, İncildә deyildiyi kimi: “Vә Moisey öldü”, – Motl
haqq dünyasına köçdü vә mәnim üstümә dağ boyda yük qoydu.
Heç Fәlәstin yada düşürdü? Evim elә Fәlәstini xatırladırdı! Sizcә,
dul qızımı yetim uşaqları ilә bir parça çörәyә möhtac qoymaq
günah deyilmi? Digәr tәrәfdәn, ona necә kömәk edә bilәrdim?
Dibi deşik kisәni necә doldurasan? Uşaqların atasını o dünyadan
qaytara bilmәrәm axı! Qoca vaxtımda rahatlıq tapmaq, sakit,
qayğısız yaşamaq istәyirdim. Alınmadı! Danışdım, kifayәtdir!
Bu dünyada ömür sürdüm, bәsimdir! Axirәt barәdә düşünmәk
lazımdır! Hәm dә tәsәrrüfat işlәrindәn uzaqlaşmışam, inәklәri
satmışam, bir cüt cöngә qalıb, bәlkә, bunlardan bir şey әmәlә
gәldi, gәrәk yaxşı yemlәyәsәn... Eh, qardaş, dәrdimi sorma, ahıl
yaşımda yetim atası olmuşam, körpә saxlamalıyam! Elә bilirsiniz,
bununla hәr şey bitir? Sәhviniz var! Görәcәkli günlәrimiz hәlә
qarşıdadır! Çünki Tevyenin başına bәla batmanla gәlir! Bir dәfә,
mәsәlәn, mәnә bәdbәxtlik üz verdi – inәyim öldü, sonra da o
birisi gәbәrdi... Allah nә yazıb, elә dә olmalıdır, – әlimizdәn nә
gәlәr?
Sözün qısası, yәqin, kiçik qızım Beylkanın әhvalatını
xatırlayırsınız? Yadınızdadırmı, ona necә xoşbәxtlik üz vermişdi?
Pedotsur adlı podratçı qızıma aşiq olmuşdu, qәşәng arvad sevdasına
düşmüşdü vә lәnәtә gәlmiş Şadxen Efraimi elçiliyә göndәrmişdi...
Torpağı burnu ilә eşirdi, dәridәn-qabıqdan çıxırdı, nәhayәt, qızı
aldı, özü dә, necә deyәrlәr, başından bahalı hәdiyyәlәr, brilyantlar
vә daş-qaş tökdü... Adama elә gәlirdi ki, dünyanın әn xoşbәxt
ailәsidir! Hә, bütün bu gözqamaşdıran xoşbәxtliyi bir anda puç
oldu! Özü dә necә! Gurultu ilә! İlahi, özün rәhm elә! Çünki
çәrxi-fәlәk tәrsinә dә dövran edә bilәr, Allah istәsә, hәr şey tar-
mar olacaq, necә ki duada yazılıb: “Dilәnçini külün içindәn
qaldıracaq!” Gözünü açmağa macal tapmamış görәcәksәn ki,
quyunun dibinә düşmüsәn!.. Allah insanla әylәnmәkdәn zövq
alır! Tevye ilә istәdiyi qәdәr әylәnib: “Ya öldür, ya yaşat”, – ya
quyunun dibinә at, ya da göylәrә qaldır! Bizim bu podratçı Pe-
dotsurun da başına iş gәldi. Yәqin, Yequpetsdәki evi, bir sürü
xidmәtçisi, güzgülәri, dәbdәbә yadınızdadır? Gәrәk ki, sizә
400