Page 404 - Sholom_Aleyhem_Макет 1
P. 404

Şolom Aleyxem

                Demәli, bu әhvalatı bitirdik. İndi keçәk İncilin “Dәf ol!”
            fәslinә. Bu fәsildә yazılanlar tam tәfsilatı ilә başıma gәldi, bu
            dәfә heç bir söhbәt, moizә dadıma çatmadı! Mәsәlә belә oldu.
            Bunu, sizin sevdiyiniz kimi, әtraflı danışmaq lazımdır.
                Bir dәfә evin yanındakı tәpәnin üstündә oturub fikrә dalmışam.
            Yaydır. Gözüm yol çәkir. Axı bu, necә olur, hә? Bu cür müdrik
            dünya! Belә böyük insanlar! Bәs Allah hara baxır? Yәhudilәrin
            Allahı niyә susur? Buna necә imkan verir?
                Vә Allahı düşünür, hәyatın mәnasını, axirәtin nә olduğunu
            anlamaq istәyirsәn. Nә üçün Mәsih zühur etmәsin?
                Düşünürәm: “Eh, kaş indi ağ atının belindә gәlәydi, çox
            yaxşı olardı! Onu gözlәmәkdәn gözümüzün kökü saralıb. Bilmirәm,
            varlıların, mәsәlәn, Yequpetsdә yaşayan Brodskinin vә ya Parisdәki
            Rotşildin ona ehtiyacı var, ya yox, bәlkә, onlara, ümumiyyәtlә,
            Mәsih lazım deyil vә bu barәdә fikirlәşmәk belә istәmirlәr.
            Amma biz – Kasrilovka, Mazepovka, Zlodeyevka, hәtta Yequpets
            vә Odessadan olan yoxsullar onu sәbirsizliklә gözlәyib nikbin
            arzularla yaşayırıq! Ümidimiz onadır ki, Allah möcüzә göstәrsin
            vә Mәsih zühur etsin”.
                Başımda belә fikirlәr dolaşan vaxt görürәm ki, ağ atın belindә
            oturmuş bir adam evimin darvazasına tәrәf gәlir! Enib atı qapıya
            bağlayır vә mәnә müraciәt edir:
                – Salam, Tevl!
                – Salam, salam, әziz cәnab! – sevincәk cavab verib fikirlәşirәm:
            “Adını çәk, qulağını bur: Mәsihi gözlәyirdin, uryadnik gәldi!”
                Qalxıb onu qarşılayıram:
                – Buyurun, әziz qonaq! Nә var, nә yox, cәnab rәis, xeyir ola?
                Ürәyim yerindәn çıxır – bilmәk istәyirәm, nә mәsәlәdir?
            Amma uryadnik tәlәsmir, sakitcә papirosunu çәkir, tüstüsünü
            havaya buraxıb tüpürür vә soruşur:
                – Tevl, daxmanı vә әşyalarını satmaq üçün sәnә nә qәdәr
            vaxt lazımdır?
                Tәәccüblә ona baxıram.
                – Daxmanı niyә satmalıyam? – deyirәm. – Kimә maneçiliyi
            var?
                – Heç kimә mane olmur, – deyir. – Gәlmişәm, sәni kәnddәn
            sürgün edәm.




             404
   399   400   401   402   403   404   405   406   407   408   409