Page 407 - Sholom_Aleyhem_Макет 1
P. 407

Südçü Tevye

             Bunları qızıma deyirәm, axı o, vur-tut qadındır!
             – Hara gedәcәyik? – ağlaya-ağlaya soruşur. – Kimin küncünә
          sığınacağıq?
              –  Ağılsız qız! – deyirәm. –  Allah bizim peyğәmbәrimiz
          İbrahimin yanına gәlәndә ona deyib: “Öz torpağından çıx get”.
          İbrahim hara gedәcәyini soruşmayıb.  Allah ona deyib: “Mәn
          göstәrdiyim yerә!” yәni hara istәyirsәn... Gözümüz görәn yerә,
          hamı hara getsә, biz dә ora. Camaatın başına nә gәlәcәksә,
          mәnim dә başıma gәlәcәk. Sәn varlı bacın Beylkadan artıqsan?
          İndi öz Pedotsuru ilә Amerikada “hәyat qurur”, sәn nә üçün qur-
          mayasan?  Allaha şükür, ac-yalavac deyilik. Sandıqda bәzi
          şeylәrimiz var, satdığımız heyvanın pulundan xeyli qalıb, daxmanı
          da xırıd edәrik, babat pula gedәr. Buradan bir az, oradan bir az,
          görәcәksәn, kisә doldu. Buna da şükür! Heç nәyimiz qalmasa da,
          vәziyyәtimiz Mendel Beylisdәn yaxşı olacaq!
             Qızı birtәhәr dilә tutdum ki, çox tәrslik elәmәsin. Bir halda
          ki uryadnik kağız gәtirib vә tapşırılıb ki, getmәk lazımdır, demәli,
          göstәrişә әmәl etmәliyik... Özüm isә daxma mәsәlәsini qaydasına
          qoymaq üçün kәndә yollandım, İvan Poperilonun, yәni kәndxudanın
          yanına. Sözübütöv adamdır, daxmamı çoxdan gözü tutmuşdu.
          Mәsәlәdәn agah edib deyirәm:
             – Mәlumun olsun ki, canım İvan, sizi tәrk edirәm.
             – Nә olub? – soruşur.
             – Şәhәrә köçürәm, – deyirәm. – Qohum-әqrәbanın yanında
          yaşamaq istәyirәm. Yaşım ötür, birdәn, Allah elәmәmiş, ölüm
          haqlayar...
             – Sәn nә danışırsan? – cavab verir, – bәyәm burada ölә
          bilmir sәn? Kim mane olur?
             – Sağ ol, – deyirәm, – әlbәttә, burada ölmәk şәrәfdir. Amma
          getsәm yaxşıdır... İvan, hәyәt-bacamı alsaydın, әla olardı. Başqasına
          satmazdım, amma sәnә münasib qiymәtә verәrәm.
             – Nә qәdәr istәyirsәn?
             – Nә qәdәr verәrsәn?
             Nә isә, sövdәlәşmә başladı. “Nә qәdәr istәyirsәn?” – “Nә
          qәdәr verәrsәn?” – alver uzun sürmәdi, nәhayәt, әl-әlә vurduq,
          on aşağı, beş yuxarı, nә fәrqi var? Razılığa gәldik. Yaxşı beh




                                                              407
   402   403   404   405   406   407   408   409   410   411   412