Page 408 - Sholom_Aleyhem_Макет 1
P. 408
Şolom Aleyxem
aldım ki, sonra qәrarını dәyişmәsin. Bir gün әrzindә bütün
әmlakımı yerbәyer elәdim, heç neçәyә satıb pulu qızıla çevirdim.
Qalan әşyaları şәhәrә daşımaq üçün araba axtarmağa getdim.
Görün Tevyenin başına nә oyun gәlә bilәr! Vaxtınızı almaya -
cağam, әhvalatı iki kәlmә ilә izah edәcәyәm.
Yola düşmәzdәn әvvәl evә gәlirәm, otaqlar boş, ocağımız
viran qalıb! Çılpaq divarlar sanki göz yaşı tökür. Döşәmәnin
ortasında bağlamalar qalaqlanıb! Pişik yetim kimi sobanın yanında
uzanıb, yazıq qәmlidir, – ürәyim ağrıdı, gözlәrim yaşardı... Nә
deyirsiniz deyin, amma bu evә alışmışıq, onunla doğmalaşmışıq!..
Burada böyüyüb boya-başa çatmışıq vә birdәn – buyur, dәf ol!
Çıx get! Adama çox tәsir edir! Ancaq Tevye – arvad deyil,
özümü toparlayıb qızımı sәslәyirәm:
– Seytl, bura gәl, hardasan?
Seytl qonşu otaqdan çıxır, gözlәri qızarıb, burnu şişib. “Eh, –
fikirlәşirәm, – Qız elә ağlayıb ki, sanki qiyamәt günü gәlib!
Arvad ki, arvad!” Sizә bildirim ki, bu qadınların işi lap zülmdür:
bir şey olmamış hönkürürlәr. Göz yaşları çox ucuzlaşıb...
– Ay, ağılsız! – deyirәm. – Yenә niyә ağlayırsan? Özün fikir -
lәş, bizimlә Mendel Beylisin arasında fәrq var, ya yox?
Amma eşitmәk istәmir.
– Ata, bilmirsәn nә üçün ağlayıram?
– Çox gözәl bilirәm! – deyirәm. – Niyә dә bilmәyim? Ona
görә ağlayırsan ki, evdәn ayrılmağa heyifin gәlir... Axı burada
doğulmusan, burada böyümüsәn, әlbәttә, sәnә ağır gәlir! İnan,
әgәr Tevye yox, başqa adam olsaydım, çılpaq divarları, boş
rәflәri öpәrdim, torpağa sarılardım... Sәnin kimi mәnim dә hәr
xırda şeyә heyifim gәlir. Ağılsız! Hәtta bu pişik dә sobanın
yanında yetim kimi uzanıb. Lal mәxluqdur, heyvandır, adamın
yazığı gәlir, sahibsiz qalacaq...
– Razıyam, – Seytl deyir, – amma yazığımız gәlmәli başqası
da var...
– Mәsәlәn?
– Biz gedirik, amma bir adamı burada tәk-tәnha qoyuruq...
Kimi nәzәrdә tutduğunu bilmirәm, ona görә dә soruşuram:
– Nә boş-boş danışırsan? Kimi deyirsәn? Hansı adam?
408