Page 410 - Sholom_Aleyhem_Макет 1
P. 410

Şolom Aleyxem

                – Mәndәn nә istәyirsәn? – deyirәm. – O daha mәnim qızım
            deyil! Çoxdan ölüb!
                Seytl razılaşmır:
                – Yox, ölmәyib, sәnin qızındır, çünki bizi sürgün etdiklәrini
            eşidәndә deyib ki, bizim hamımızı sürgün edirlәr, yәni onu da.
            Xava mәnә dedi ki, biz hara, o da ora! Bizim sürgünümüz hәm
            dә onun sürgünüdür... Bax, hәtta pal-paltarını da bağlamaya
            büküb göndәrib...
                Bütün bunları mәnә tez-tәlәsik, birnәfәsә deyir, ağzımı açmağa
            qoymur, qırmızı yaylıq sarınmış bağlamanı göstәrir... Dәrhal
            ikinci otağın qapısını açıb çağırır: “Xava!” Vicdan haqqı, әziz
            dost, bilmirәm nә deyim? Lap sizin kitablarda yazıldığı kimidir:
            qapıda Xava görünür – әvvәlki kimi sağlam vә gözәl, heç
            dәyişmәyib, qayğılı çöhrәsi var, gözlәrini qıyıb. Başını dik tutub
            mәğrur dayanıb. Bir anlığa baxışlarımız toqquşur. Sonra hәr iki
            әlini mәnә uzadır, ancaq danışa bilmir, nәhayәt, güclә eşidilәcәk
            bir söz deyir:
                – Ata!
                Üzr istәyirәm, yadıma düşәndә gözlәrim yaşarır. Elә
            düşünmәyin ki, Tevye, Allah elәmәmiş, ağlayıb gözünün qorasını
            sıxır, boş söhbәtdir!  Yәni hәmin anlarda nә çәkdiyim, hansı
            hisslәr keçirdiyim öz yerindә... Axı siz dә atasınız, övlad sevgisinin,
            ona rәhm etmәyin nә olduğunu mәndәn yaxşı bilirsiniz... Uşaq
            nә qәdәr günah işlәtsә dә, boynunuzu qucaqlayıb “ata!” deyirsә,
            onu necә itәlәmәk olar? Digәr tәrәfdәn, mәnә verdiyi әzabları
            yada salanda adamın gözlәri qaralır... Fedka Qalaqan... Keşiş...
            Göz yaşlarım... Qoldanın vәfatı... Yox! Mәgәr bunları unutmaq
            mümkündürmü? Necә unudasan? Hәr halda, doğma balandır...
            “Ata övladlarına rәhm edir”. Әgәr  Allah deyirsә ki, hәr şeyi
            bağışlayandır, insan necә amansız ola bilәr? Xüsusәn o zaman
            ki, övladın peşman olub atasının, öz Allahının yanına qayıtmaq
            istәyir? Siz nә fikirdәsiniz, pan Şolom Aleyxem? Axı kitab yazıb
            dünyaya mәslәhәtlәr verәn adamsınız, – sizcә, Tevye necә hәrәkәt
            etmәli idi? Doğma bala kimi onu qucaqlayıb öpmәli vә duada
            deyildiyi kimi: “Sәni, sözünә görә bağışladım” – “yanıma gәl,
            mәnim balam” demәli idi?  Vә ya o vaxt, meşәdә, arabanın




             410
   405   406   407   408   409   410   411   412   413   414   415