Page 409 - Sholom_Aleyhem_Макет 1
P. 409
Südçü Tevye
– Ata, – deyir, – nә danışdığımı bilirәm. Bizim Xavanı
deyirәm...
Bunu deyәndә, and olsun sizә, elә bil başıma qaynar su
tökdülәr! Onu danlamağa başladım.
– Xeyir ola, Xava qәfildәn yada düşdü? Axı dәfәlәrlә demişәm
ki, Xavanın adını çәkmәyin!
Elә bilirsiniz, sakitlәşdi? Sözlәrim ona tәsir göstәrdi? Әsla!
Tevyenin qızlarının özünәmәxsus xasiyyәti var.
– Ata, – deyir, – әsәbilәşmә. Yaxşısı budur, yadına sal,
dәfәlәrlә demisәn: Müqәddәs kitabda yazılıb ki, ata övladına
rәhm etdiyi kimi, insan da insana rәhm etmәlidir...
Eşitdiniz dә? Әlbәttә, qızışıb onu bәrk danladım.
– Mәnә mәrhәmәt öyrәdirsәn? Mәn it kimi, keşişin ayaqlarına
düşәndә, lәnәtә gәlsin, ona yalvaranda Xava niyә mәnә rәhm
elәmәdi? Bәlkә dә, qonşu otaqda idi, hәr sözümü eşidirdi? Sәnin
anan, Allah ona rәhmәt elәsin, bax burada, döşәmәnin üstündә,
üstünә qara örpәk çәkilәndә bacının rәhmi hardaydı? Bәs yuxusuz
gecәlәr? Başımıza gәtirdiyini, bizi kimin ayağına verdiyini
xatırlayanda ürәyim partlayır! Hanı mәnә olan rәhmi?
Ürәyim elә sıxılır ki, artıq bir kәlmә dә danışa bilmirәm...
Tevyenin qızı isә sakitlәşmәk bilmir.
– Axı özün deyirsәn ki, insan peşman olanda, Allah onu
bağışlayır...
– Peşman? – deyirәm. – Çox gecdir! Budağı ağacdan qırmı -
sansa, qurumalıdır! Düşәn yarpaq çürümәlidir. Daha mәnimlә bu
barәdә danışma! Kifayәtdir!
Qız gördü ki, söz mәnә tәsir etmir, dilә tutmağın da mәnası
yoxdur, qucaqlayıb әllәrimi öpmәyә başladı:
– Ata! O vaxt, meşәdә әlini sәnә uzadanda atı döndәrib
qaçmışdın. Әgәr bir dә belә olsa, qoy Allah yerimdәcә canımı
alsın!
– Nә yapışmısan yaxamdan? – deyirәm. – Bu, nә bәladır,
başıma gәlir?
Lakin qız buraxmır, әllәrimdәn tutub öz bildiyini deyir:
– Әgәr onu bağışlamasan, qoy Allah mәni öldürsün. O da,
mә-nim kimi, sәnin qızındır!
409