Page 405 - Sholom_Aleyhem_Макет 1
P. 405

Südçü Tevye

             – Elә bu? – deyirәm. – Hansı әmәllәrimә görә? Qarşınızda
          nә günah işlәtmişәm?
             – Sәni mәn yox, quberniya sürgün edir.
             – Quberniya? – soruşuram. – Mәn ona neylәmişәm?
             – Tәk sәni yox, hәm dә tәkcә buradan yox, әtrafdakı bütün
          kәndlәrdәn: Zlodeyevka, Qrabilovka, Kostolomovka, hәtta Ana-
          tovkadan da! Әvvәllәr bura qәsәbә sayılırdı... İndi kәnd olur,
          oradan bütün sizinkilәri qovurlar. ..
              – Qәssab Leyzer-Volfu da? Naftole-Gerşi dә? Qәssabı da?
          Ravvini dә?
             – Hamını! – cavab verir vә әlini yellәyir.
             Ürәyim bir az sakitlәşdi: hәr halda, dәrd tәkcә mәnim yox,
          hamının dәrdidir – bu da tәskinliyin yarısıdır.
             – Cәnab uryadnik, bilirsәn ki, mәn burada sәndәn dә әvvәl
          yaşayıram? Bu torpaqda rәhmәtlik atam, babam, nәnәm ömür
          sürüb, Allah onlara rәhmәt elәsin…
             Tәnbәllik elәmәyib bütün şәcәrәmi sadaladım, hamının adını
          bir-bir çәkdim, kimin sağ olduğunu, kimin öldüyünü söylәdim...
             Diqqәtlә dinlәdi, sözümü bitirәndәn sonra dedi:
             – Doğrudan da,  Tevl, qәribә adamsan, söhbәtin dә çox
          maraqlıdır! Sәnin nәnәndәn, babandan mәnә nә? – deyir. – Allah
          onlara rәhmәt elәsin! Sәn isә Tevl, şәlә-külәni yığışdırıb sürüş
          bir baş Berdiçevә!
             Bu sözlәr mәni özümdәn çıxartdı: “xoş” xәbәrlә gәlmәyi az
          imiş, hәlә bir әlә dә salır: “Sürüş birbaş Berdiçevә!” Qәrara
          aldım ki, heç olmasa, ürәyimdәkilәri ona deyim!
             – Cәnab rәis! – dillәnirәm. – Neçә vaxtdır rәisimizsәn. Heç
          eşitmisәn ki, qonşulardan kimsә mәndәn şikayәtçi olsun? Desin
          ki, Tevye oğurluq edib vә ya kimisә aldadıb? Kәndlilәrdәn xәbәr
          al, onlarla canbir qәlbdә yaşamışam. Cәnab rәis, neçә dәfә sәnin
          yanına gәlib xahiş etmişәm ki, onları incitmәyәsәn?
             Deyәsәn, sözlәrim xoşuna gәlmәdi. Qalxdı, sönmüş papirosu
          ovcunda әzib atdı vә dedi:
             – Sәninlә söz gülәşdirmәyә, boş-boş söhbәtlәrә qulaq asmağa
          vaxtım yoxdur. Kağız gәlib, göstәriş belәdir ki, köçmәlisәn! Gәl
          qol çәk! Yola düşmәk üçün sәnә üç gün vaxt verirәm! Hәr şeyi
          sat vә xoş gәldin!



                                                              405
   400   401   402   403   404   405   406   407   408   409   410