Page 402 - Sholom_Aleyhem_Макет 1
P. 402

Şolom Aleyxem

            çәkirdi, onlar talanlara mәruz qalırdılar... Lakin bu bәla mәndәn
            yan keçdi. Nә üçün? Çox sadә! İllәrdir kәndlilәrin arasında
            yaşayırsan, qonşularla mehriban dolanırsan. Adın dillәr әzbәridir,
            kәnddә birinci şәxssәn. Mәslәhәt lazımdır – “görәk  Tevl nә
            deyir”; titrәtmә-qızdırmaya qarşı dәrman – “Tevlin yanına gedәk”;
            borc pul lazımdır – yenә  Tevl... Kәnd camaatı belә hörmәtli,
            tanınmış adamı niyә talan edib qovsun? Tәkcә yәhudi olduğuna
            görә? Boş şeydir! Heç ağlıma gәlmirdi! Kәndlilәr dәfәlәrlә
            demişdilәr ki, heç nәdәn qorxma, onlar belә alçaq hәrәkәtә yol
            vermәzlәr! Hәqiqәtәn... İndi qulaq asın.
                Bir dәfә Boyberikdәn evә qayıdıram. Onda hәlә gümrah
            idim, süd mәhsulları – yağ-pendir satırdım. Atı açıb qabağına
            saman vә vәlәmir tökdüm,  әllәrimi yumağa macal tapmamış,
            görürәm ki, hәyәt kәndlilәrlә doludur. Hamı gәlib – kәndxuda
            İvan Poperilodan tutmuş, çoban Troximә qәdәr bütün hörmәtli
            adamlar toplaşıb. Vә hamısının qәribә görkәmi var – geyimdә-
            kecimdә... Әvvәlcә ürәyim düşdü: bayramdır, nәdir? Sonra
            düşündüm: bәlkә, onlar... talan… Amma bu fikirdәn dәrhal vaz
            keçdim: “Eh, Tevye! Utan, gör bir ağlına necә sәfeh fikir gәlir!
            Neçә illәrdir bu kәndlilәrin arasında yaşayan yeganә yәhudisәn,
            hәmişә hamı ilә yaxşı dolanmısan, kimsәyә barmağının ucu ilә
            dә toxunmamısan!”
                Onların qarşısına çıxıb, adәtim üzrә salamlayıram.
                – Salamlar olsun, әziz ağalar! – deyirәm. – Nә әcәb sizdәn?
            Nәsә sözünüz var?
                Kәndxuda, yәni İvan Poperilo qabağa çıxıb mәnimlә üz-üzә
            dayanır, gözümün içinә baxıb deyir:
                –Tevl, biz gәlmişik... Sәni döymәk istәyirik!
                Necәdir? Siz bu adamın danışığına fikir verin! Bizdә buna
            eyham, işarә ilә danışmaq deyirlәr... Ürәyimdәn keçәnlәri tәsәvvür
            edә bilәrsiniz? Amma büruzә vermirәm... Әksinә... Tevye uşaq
            deyil ki...
                – Çox gözәl, çox pakizә, tәbrik edirәm! – heç bir şey olmamış
            kimi özümü şax tutub cavab verirәm. – Ay mәnim әzizlәrim, bәs
            nәyә görә belә gec? Başqa yerlәrdә bunu artıq çoxdan elәyiblәr...
                Kәndxuda Poperilo ciddi görkәm alır:




             402
   397   398   399   400   401   402   403   404   405   406   407