Page 403 - Sholom_Aleyhem_Макет 1
P. 403

Südçü Tevye

              – Tevl, başa düşürsәn, biz çoxdan fikirlәşirdik, götür-qoy
          edirdik, sәni әzişdirәk, ya yox? Başqa yerlәrdә sizin millәtdәn
          olanları çoxdan әzişdiriblәr, bәs biz sәninlә nә edәk? Nәhayәt,
          icma qәrara gәlib ki, sәni döyüb talan edәk… Tevl, ancaq bilmirik
          necә: şüşәlәri sındıraq, yoxsa yorğan-döşәyi cıraq, ya daxmanı,
          tövlәni, mal-mülkü yandıraq?
             Ürәyim sıxıldı. Qonaqlara baxıram, uzun әlağacılarına söykәnib
          hazır durublar, nә barәdәsә pıçıldaşırlar. Aydın mәsәlәdir ki, bu,
          zarafat deyil, Zәburda deyildiyi kimi: “Su boğaza qәdәr qalxdı”.
          Düşünürәm: “Tevye, yaman yerdә axşamladın! Allah göstәrmәsin,
          kim bilir, bunların qızmış beyinlәrindәn nә keçir? Yox, qardaş,
          ölümlә zarafat olmaz! Gәlәnlәrә bir söz demәk lazımdır”.
             Başınızı nә ağrıdım, әziz dost, görünür, möcüzә qismәtimdә
          imiş...  Allah tövsiyә edib ki, özünü itirmә, ruhdan düşmә!
          Cәsarәtimi toplayıb kәndlilәrә müraciәt etdim:
             – Әziz ağalar, qulaq asın. Madam ki camaat qәrara gәlib,
          müzakirәyә ehtiyac yoxdur. Amma Tevyenin sizә nә pisliyi keçib
          ki, evini viran qoyursunuz? Dünyada sizin icmadan da ali nә
          var? Hәr şey qadir Allahın әlindәdir! Heç vaxt demirәm, mәnim
          Allahım vә ya sizin Allahınız, mәn ümumi Allahımızdan danışıram.
          O, yuxarıda әylәşib, aşağıda baş verәn bütün alçaqlıqları görür...
          Ola bilәr, özü qәrar verib ki, mәn әn yaxşı dostlarım tәrәfindәn
          cәzalandırılım, bәlkә dә, әksinә, istәmir ki, Tevyeyә zәrәr dәysin...
          Allahın nә istәdiyini hardan bilәk? Hә, bәlkә, aranızda elәsi var
          ki, bundan xәbәrdardır?
             Bir sözlә, gördülәr ki, Tevye ilә söz gülәşdirә bilmәyәcәklәr.
             Bu vaxt kәndxuda İvan Poperilo deyir:
             – Mәsәlә belәdir! Tevl, bizim sәnә qarşı heç bir şikayәtimiz
          yoxdur. Bir az qaraqabaq olsan da, pis adam deyilsәn. Amma
          bunun mәsәlәyә dәxli yoxdur, sәni döymәk lazımdır! İcma belә
          qәrara gәlib, demәli, icra olunmalıdır! Әn azından, şüşәlәri
          sındırmalıyıq. Bunu mütlәq etmәliyik, yoxsa işin axırı pis olar,
          görsәlәr ki, sәni döymәmişik, bizi cәrimәlәyә bilәrlәr!
             Sizә söylәdiyim kimi, Allah bütün işlәrdә mәnә kömәk ol-
          sun!
             Sizdәn soruşuram, pan Şolom Aleyxem, axı dünyagörmüş
          adamsınız, Tevye deyәndә ki, Allah böyükdür, haqlı deyil?



                                                              403
   398   399   400   401   402   403   404   405   406   407   408