Page 401 - Sholom_Aleyhem_Макет 1
P. 401
Südçü Tevye
danışmışdım, o vaxt Beylkanı başa saldım ki, çalışıb bu evi
adına keçirsin. Әlbәttә, qulaq asmadı. Mәgәr atanın başı heç
nәdәn çıxmır? Dünyagörmüş ata az bilir? Hә, axırı nә oldu?
Allah heç düşmәnimә dә göstәrmәsin! Pedotsurun tәmtәraqlı
hәyatı biabırçı müflisliklә başa çatdı, güzgülәri, saatları, arvadının
zinәt әşyalarını, brilyantları vә almazları satdı, üstәlik, başı
cәncәlә girdi vә Amerikaya qaçmağa mәcbur oldu. Nәdәnsә, işi
bәd gәtirәnlәrin hamısı Amerikaya üz tutur. İlk vaxtlar çox
әziyyәt çәkiblәr, әllәrindә olan pulla dolanıblar, satmağa bir şey
qalmayanda, yazıqlar işә giriblәr. Hәr ikisi Misirdәki әcdadlarımız
kimi ağır işdә çalışıblar. İndi qız yazır ki, vәziyyәtlәri bir az
yüngüllәşib. Corab toxuyurlar, Amerikada deyildiyi kimi, “hәyat
qururlar”. Bizim dilimizlә desәk, su, bir dә çörәklә dolanırlar.
Qız yazır ki, xoşbәxtlikdәn, iki nәfәrdirlәr, nә uşaq, nә buzov
var, buna da min şükür!
İndi soruşuram: bu tünbәtün olmuş mәnә hardan rast oldu?
Yәni Efraimi nәzәrdә tuturam... Qızıma nişanlı tapdı, mәni
bataqlığa soxdu, çox lazım idi? Bir sәnәtkara әrә getsәydi,
mәsәlәn, Seytl, ya da Qodl kimi, әri müәllim olsaydı, dünya
dağılardı? Düzdür, Seytlin bәxti gәtirmәdi – cavan yaşında dul
qaldı, Qodl isә, Allah bilir, hardadır... Hamısı Allahın işidir!
İnsan hardan bilsin ki, başına nә gәlәcәk? Sözümün canı var:
mәnin Qoldam ağıllı çıxdı, Allah ona rәhmәt elәsin: vaxtında
başına çarә qıldı, bu mәnasız dünya ilә vidalaşıb әcdadlarının
yanına getdi. Övlad dәrdi çәkmәkdәnsә, qәbirdә sakit uzanmaq
min dәfә yaxşıdır, düz demirәm? Kitabda yazılıb: “İnsan öz
iradәsi ilә yaşamır”, – taleyi әlә alıb hakim kәsilmәk bizә
verilmәyib, әks tәqdirdә, cәzanı alacaqsan!
Deyәsәn, mәtlәbdәn uzaqlaşdıq, gәlin söhbәtimizә qayıdaq.
Sizin kitablarda yazıldığı kimi, şahzadә oğlanı burada qoyub,
şahzadә qızdan bәhs edәk. Harda qalmışdıq? Hә, “Dәf ol!”
fәslindә. Amma bu fәsilә keçmәmişdәn әvvәl, bir dәqiqәliyә
başqa mәsәlә üzәrindә dayanaq. Maraqlı әhvalatdır, qulaq asın,
bәlkә, işinizә yaradı.
Әhvalat müharibәdәn dәrhal sonra baş verib. Әvvәl şәhәrlәrdә,
sonra kiçik qәsәbәlәrdә yaşayan yәhudilәrin başı müsibәtlәr
401