Page 393 - Sholom_Aleyhem_Макет 1
P. 393

Südçü Tevye

             Ağzımı açmağa macal tapmamış zәngi çalıb Beylkanı çağırır
          vә deyir:
             – Әzizim, xәbәrin var? Atan bizi tәrk edir, bütün әmlakını
          satıb tәcili Fәlәstinә gedir.
             “Yuxu görürәm, yoxsa mәni qara basır?” – fikirlәşirәm. –
          Amma yuxu deyil, qızın heç tükü dә tәrpәnmәdi! Sanki quru
          ağacdır, çöhrәsindә hәyat әlamәti yoxdur, gah mәnә, gah da ona
          baxıb dillәnmir. Mәn dә susuram. Hәr ikimiz ağzımıza su almışıq –
          Zәburda deyildiyi kimi: “Dilim yapışıb” – donub-qalmışıq! Başım
          gicәllәnir, ürәyim bәrk döyünür. “Halım niyә dәyişdi? – fikirlәşirәm. –
          Yәqin, siqardandır”. Amma, Pedotsur da çәkir axı! Çәkir vә hey
          danışır, gözlәri yumulur, mürgülәmәk istәyir.
             – Buradan kuryer qatarı ilә Odessaya gedәcәksiz, oradan da
          dәnizlә Yaffaya qәdәr. İndi gәmi ilә getmәk üçün әn münasib
          vaxtdır, sonra külәk, qar, fırtına vә... vә...
              Yuxulayan adam kimi dili dolaşır, amma cәfәngiyyat
          söylәmәkdәn bezmir:
             – Yola düşmәyә hazır olanda xәbәr verin, hәr ikimiz vağzala
          gәlib sizi yola salaq, Allah bilir, bir dә nә vaxt görüşәcәyik...
             Bu an, üzr istәyirәm, әsnәyib Beylkaya deyir:
             – Әzizim, bir az atanla otur, mәn gedib azacıq mürgülәyim.
             “Heç vaxt sәndәn ağıllı bir söz eşitmәmişәm, doğru sözümdür! –
          fikirlәşirәm. – İndi ürәyimi boşaldacağam!” İçimdә yığılıb
          qalanları Beylkaya demәk istәyәndә o, qoynuma atılıb elә ağladı
          ki!.. Başıbәlalı qızlarımın xasiyyәti belәdir: dözürlәr, sәbir edirlәr,
          sonra birdәn qızışır, salxım söyüdlәr kimi göz yaşı tökürlәr.
          Mәsәlәn, böyük qızım Qodl sürgünә, Perçikin yanına, soyuq
          ölkәlәrә yola düşәrkәn, son anda hönkür-hönkür ağladı. Amma
          onun göz yaşlarını Beylkanın hönkürtüsü ilә müqayisә etmәk
          olmaz! O hara, bu hara?
             Tәmiz vicdanla deyirәm: bildiyiniz kimi, göz yaşı tökәnlәrdәn
          deyilәm. Ancaq bir dәfә mәnim Qoldam, Allah ona rәhmәt elәsin,
          döşәmәdә uzananda o ki var ağlamışam; bir dәfә dә Qodl yola
          düşәndәn sonra öz yabımla tәk qalanda gözlәrimin qorasını





                                                              393
   388   389   390   391   392   393   394   395   396   397   398