Page 390 - Sholom_Aleyhem_Макет 1
P. 390

Şolom Aleyxem

                – Nә olar, әgәr xoşniyyәtli mәsәlәdirsә, buyurun, qulaq
            asıram.
                Siqarı damağından götürüb mәnә müraciәt edir:
                – Ağılsız adam deyilsiniz, – deyir, – sizinlә açıq danışsam,
            incimәyin. Bilmәlisiniz ki, böyük işlәrlә mәşğulam. Belә işlәrә
            girişәndә...
                – “Hә! – fikirlәşirәm. – Yәqin, mәni nәzәrdә tutur!” Sözünü
            kәsirәm:
                – Bizim Talmutda deyilir: “Var-dövlәtin artdıqca qayğın da
            çoxalacaq”. Mәnasını bilirsiniz?
                Diqqәtlә mәnә baxıb cavab verir:
                – Sizә sәmimi deyә bilәrәm ki, heç vaxt Talmutu oxumamışam
            vә hәtta onun necә olduğunu da bilmirәm!
                Vә pıqqıltı ilә gülmәyә başlayır. Mәn isә gözlәrimi döyürәm,
            bu tәnәli gülüşün sәbәbini anlaya bilmirәm. Madam Allah sәni
            cәzalandırıb vә nәticәdә cahil, savadsız qalmısan, heç olmasa,
            üstünü vurma! Buna bax, gör nә ilә fәxr edir!
                – Mәn әksini düşünürdüm! – deyirәm. – Amma bilirәm ki,
            sizin müqәddәs kitablarla aranız yoxdur... Yaxşı, bunu bir kәnara
            qoyaq, qulağım sizdәdir…
                – Demәk istәyirәm ki, mәn hörmәtli adamam, adım-sanım,
            cәmiyyәtdә tutduğum mövqe var. Buna görә dә sizin “Südçü
            Tevye” adlandırılmağınız ürәyimcә deyil, hәm dә mәnә yaraşmır.
            Bilin ki, qubernatorla şәxsәn tanışam, evimә nüfuzlu adamlar,
            mәsәlәn, Brodski, Polyakov, lap elә Rotşildin özü gәlir! Heç
            yaxşı düşmür…
                Pedotsur danışdıqca parıldayan dazına baxıb düşünürәm:
            “Ola bilәr ki, qubernatorla şәxsәn tanışsan vә Rotşild evinә gәlir,
            amma murdar köpәkdәn betәrsәn!”
                Sözlәrindәn incimirәm, gözünün içinә baxıb soruşuram:
                – Birdәn Rotşildin özü gәlsә, nә ola bilәr ki?
                Elә bilirsiniz, onu әlә salmağımı başa düşdü? Әsla!
                – İstәyirdim ki, – deyir, – siz bu süd işini atıb başqa bir işlә
            mәşğul olasınız.





             390
   385   386   387   388   389   390   391   392   393   394   395