Page 381 - Sholom_Aleyhem_Макет 1
P. 381
Südçü Tevye
yaradıbsa, övladlar ipә-sapa yatmırsa vә valideynlәr dә onları
idarә edә bilmirsә, demәli, Allah nә etdiyini yaxşı bilir...
Amma Qolda mәntiqsiz danışır: “Tevye, ölürәm, bәs yemәyini
kim bişirәcәk?” Gözlәrini mәnә zillәyir, amma daşdan sәs çıxır,
mәndәn yox. Tevye arvad deyil, ona müdrik kәlamlarla, mәsәllәrlә
cavab verirәm.
– Qolda, – deyirәm, – illәr boyu mәnә sadiq olmusan, indi bu
qoca vaxtımda mәni gülünc vәziyyәtә salmaq istәyirsәn?
Arvada baxıram – son nәfәsidir!
– Qolda, sәnә nә olub? – deyirәm.
– Heç nә! – sәsi güclә eşidilir.
Başa düşürәm ki, zarafatın yeri deyil, atı qoşub şәhәrә gedirәm
vә әn yaxşı hәkimlә qayıdıram. Evә gәlib görürәm ki, Qoldam
döşәmәdә uzanıb, başının üstündә şam, üstünә qara parça örtüblәr,
sanki torpaq töküblәr. Düşünürәm: “Budur insanın mahiyyәti!
Ey göylәrin sahibi! Sәn Tevyenin başına nә bәlalar gәtirirsәn?
Bu qoca vaxtımda başıma haranın külünü töküm, ah, acı taleyim!”
Müvazinәtimi itirib yerә yıxılıram. Bağırıb-çığırmaq keçir
könlümdәn! Bilirsiniz, sizә nә demәk istәyirәm? Ölümlә üz-üzә
gәlәndә istәr-istәmәz fikirlәşirsәn ki, biz nәyik, hәyatın mәnası
nәdir?” Öz oxu әtrafında fırlanan planetlәr, sürәtlә şütüyәn
qatarlar, qaynar qazanı xatırladan dünya, milyonçu Brodski –
bütün bunlar nә demәkdir? Gecә-gündüz vurnuxsan da, hamısı
mәnasız, boş şeylәrdir!
Nә isә, adam tapdım ki, Qolda üçün Kadeş oxusun – bir ilin
pulunu da qabaqcadan verdim. Allah mәni cәzalandırıb – bir
oğul da vermәyib, bir-birinin ardınca qız övladlarım olub – lәnәtә
gәlsinlәr! Görәsәn, hamı öz qızlarından zülm çәkir, yoxsa elә
mәnim bәxtim gәtirmәyib? Qızlarıma iradım yoxdur, ancaq
xoşbәxtlik Allahdan gәlir! İlahi, sәn onların ürәyincә ver!
Övladlarım çox sәdaqәtlidir, bu isә heç dә hәmişә xeyir gәtirmir.
Mәsәlәn, kiçik qızım Beylka. Tayı-bәrabәri yoxdur! Uzun illәrdir
mәni tanıyırsınız, bilirsiniz ki, övladlarını boş-boşuna tәriflәyәn
atalardan deyilәm. Madam ki söhbәt Beylkadan düşüb, mәsәlәnin
mahiyyәtini sizә iki kәlmә ilә anladım: hәlә dünyaya Beylka
kimi övlad gәlmәyib. Mәn hәlә gözәlliyindәn danışmıram!
381