Page 359 - Sholom_Aleyhem_Макет 1
P. 359

Südçü Tevye

          üçün tövlәyә gedirәm, bir ayağı taxtanın o biri tәrәfinә düşüb.
          Özümdәn çıxıram, çubuq götürüb heyvanı vurmağa başlayıram:
          “Sәni yanasan, çәr dәymiş! Vәlәmir istәyirsәn? İştahan böyükdür!
          Ac qalıb gәbәrәcәksәn! Dәrdim sәnә gәlsin, bütün bәlalarım,
          azar-bezarım sәnә keçsin!”
             Keşişә söyüş yağdırıram, arada düşünürәm: “Heyvanın günahı
          nәdir? Niyә üstünә düşmüşәm? Eybi yox, müqәddәs ata, Allah
          qoysa, şәnbә ibadәtindә sәnә bәddua yağdırıb anadan әmdiyini
          burnundan gәtirәrәm...” Evә qayıdıb uzanıram, başımı yastığa
          soxuram, ürәyimdәn qara qanlar axır, fikir mәni götürüb: “Niyә
          belә oldu? Hansı günahın sahibiyәm? Mәn, Tevye, bu dünyada
          kimә pislik elәmişәm? Allah mәni niyә cәzalandırır? Ey yeri-
          göyü xәlq edәn Allah! Bizi sәn yaratmısan! Hәyatımızın mәnası
          sәndәn asılıdır.  Ancaq sәbәb nәdir ki, mәnә daim dәrd-bәla,
          bәdbәxtlik göndәrirsәn?”
             Yatağım od tutub yanır, qonşu otaqda arvadımın ah-nalәsini
          eşitdikcә ürәyim parçalanır.
             – Qolda, – deyirәm, – yatmısan?
             – Yox, – cavab verir, – nә istәyirsәn?
             – Heç nә, – deyirәm, – işlәr fırıqdır, Qolda... istәyirsәn, göyә
          çıx, ya da yerә gir! Bәlkә, dәrdlәşәk, bir mәslәhәt ver, tәdbir tök,
          başımıza nә çarә qılaq?
             – Mәslәhәt? – soruşur. – Dәrdim böyükdür. Qız sәhәr yuxudan
          oyanıb geyindi, birdәn boynuma sarıldı, bir söz söylәmәdәn
          qucaqlayıb öpdü. Elә bildim, Allah elәmәmiş, ağlı çaşıb. Soruşdum:
          “Sәnә nә olub?” Dillәnmәdi. Çıxdı inәklәrә baş çәksin, geri
          qayıtmadı. Bir, iki, üç saat gözlәdim. Xava, Xava! Sәs-soraq
          yoxdur. Uşaqlara dedim: “Gedin keşişin yanına!”
             – Qolda, bәs hardan bildin ki, qız keşişin yanında ola bilәr?
             – Hardan? – arvad cavab verir. – Kül olsun başıma! Bәyәm
          görmürәm, gözüm yoxdur? Ana deyilәm?
             – Әgәr gözün varsa, – dillәnirәm, – anasansa, niyә susurdun,
          niyә mәnә vaxtında söylәmirdin?
             – Sәnә nә deyәydim? Evdә olursan ki? Nә vaxt mәni axıra
          kimi dinlәmisәn? Bir söz deyirәm, cavab әvәzinә mәsәl çәkirsәn.




                                                              359
   354   355   356   357   358   359   360   361   362   363   364