Page 356 - Sholom_Aleyhem_Макет 1
P. 356

Şolom Aleyxem

                – Hә, hә, – cavab verirәm. – Әlbәttә, haqlısan! Müqәddәs
            kitabda belә deyilir: “Әllәrinin bәrәkәtindәn yeyәcәksәn” –
            işlәmәyәn, dişlәmәz! Amma başa düşmürәm, Fedkanın burada
            nә işi var? Mәncә, hәndәvәrindә dolaşmasaydı, yaxşı olardı.
            Haradan gәlib, hara getdiyini unutma, sәn kim, o kim!
                – Allah, – deyir, – bütün insanları bәrabәr yaradıb.
                – Elәdir! Allah Adәmi özünә oxşar yaradıb. Amma hәrә öz
            tayını tapmalıdır. Müqәddәs kitabda belә deyilir: “Hәr kәs öz
            imkanına görә”.
                – Qәribәdir! – qız sözümü kәsir. – Sәnin bu mәsәllәrin
            hamını tәngә gәtirib. İnsanların yәhudi vә qeyri-yәhudilәrә, ağlara
            vә qaralara, varlı vә dilәnçilәrә bölünmәsi barәdә mәsәl bilirsәn?
                – Hә… – cavab verirәm. – Dәrin mәtlәblәrә toxunursan!
                Başa salmağa çalışıram ki, dünya yaranandan belәdir.
                – Sәbәb nәdir ?
                – Çünki Allah dünyanı belә yaradıb!
                – Allah dünyanı niyә belә yaradıb?
                – Bilirsәn, – cavab verirәm, – ucundan tutub ucuzluğa getsәk,
            sualların sonu olmayacaq!
                Allah bizә ona görә ağıl verib ki, sual verә bilәk.... Qızıma
            deyirәm:
                – Belә adәt var: toyuq xoruz kimi banlamağa başlasa, dәrhal
            başını üzmәk lazımdır. Duada deyildiyi kimi: “Xoruza ağıl
            verәn...”
                – Çәrәnlәmәkdәn yorulmadınız? – qapıdan boylanan Qolda
            sözümü kәsir. – Borş bir saatdır stolun üstündә buğlanır, bunlar
            isә toyuqdan, xoruzdan dәm vururlar!
                – İşә düşdük dә! Müdriklәr nahaqdan demәyib: “Arvad ki
            çәnәdәn boş oldu, evin yıxıldı!” Biz burada ciddi mәsәlәlәrdәn
            danışırıq, sәnsә başlamısan – borş! borş!
                Qolda:
                – Borşdan ciddi nә ola bilәr?
                – Allah, sәn özün kömәk ol! – deyirәm. – Tәzә filosof peyda
            olub, özü dә yumurtadan dünәn çıxıb! Qızlarım yerin altını da





             356
   351   352   353   354   355   356   357   358   359   360   361