Page 355 - Sholom_Aleyhem_Макет 1
P. 355

Südçü Tevye
             Xavadan soruşuram:
             – Fedka burada nә gәzir?
             – Heç, elә-belә! – deyir.
             – Necә yәni “elә-belә”?
             – Söhbәt edirdik! – cavab verir.
             – Sәnin Fedka ilә nә işin?
             – Biz çoxdan tanışıq.
             – Gözümüz aydın! Tәbrik edirәm! – deyirәm. – Fedkadan
          yaxşısını tapa bilmәdin?
             – Bәyәm onu tanıyırsan? – deyir. – Sәnә pisliyi dәyib?
             – Kim olduğunu bilmirәm, – deyirәm, – şәcәrәsi ilә dә
          maraqlanmamışam. Amma bildiyimә görә, çox mәşhur nәsildәn
          olmalıdır: atası, yәqin ki, çoban olub, ya gözәtçi, ya da ki,
          әyyaş...
             Qız sözümü yarımçıq kәsir:
             – Atasının kim olduğunu bilmirәm, mәni heç maraqlandırmır
          da! Amma gözümdә bütün insanlar bәrabәrdir. Fedka qeyri-adi
          oğlandır...
             – Mәsәlәn, – soruşuram. – Necә adamdır axı? De, biz dә
          bilәk...
             – Deyәrdim, amma başa düşmәzsәn. Fedka – ikinci Qorkidir.
             – İkinci Qorki? Bәs birincisi kim olub?
             – Qorki, – qız cavab verir, – indi, az qala, dünyada birinci
          adamdır!...
             – Müdrik dediyin o şәxs harada yaşayır? – soruşuram, – nә
          işlә mәşğuldur, yaydığı ideyalar nәdәn ibarәtdir?
             – Qorki mәşhur yazıçıdır, – Xava cavab verir, – kitab yazır.
          Bәnzәrsiz, gözәl vә tәmiz adamdır. Sadә ailәdәn çıxıb, heç yerdә
          oxumayıb, öz gücünә savadlanıb... Bax bu da onun portreti...
             Xava cibindәn bir şәkil çıxarıb göstәrir.
             – Sәnin inandığın reb Qorki budur? – soruşuram. –  And
          içәrәm ki, onu haradasa görmüşәm: stansiyada kisә yüklәyirdi,
          ya da meşәdә odun daşıyırdı...
             – Nә olsun, adamın alın tәri ilә çörәk qazanmağı әskiklikdir?
          Bәyәm özün çalışmırsan? Biz gecә-gündüz әllәşmirik?




                                                              355
   350   351   352   353   354   355   356   357   358   359   360