Page 354 - Sholom_Aleyhem_Макет 1
P. 354

Şolom Aleyxem
            dediyiniz kimi, Allah rәhmli vә şәfqәtlidir... Budur, Allah deyir:
            “Sәbir elә, Tevye, elә edәcәyәm ki, sәn bütün dәrdlәrini unuda-
            caqsan!..” Doğrudan da, qulaq asmağa dәyәr. Ürәyimi başqasına
            açmazdım, çünki dәrdimin hәddi-hüdudu yoxdur, biabırçılıq isә
            ondan da böyük! Müqәddәs kitabda deyilir: “Mәn İbrahimdәn
            bir şey gizlәdirәmmi?” – yәni sizdәn gizli bir işim yoxdur.
            Başıma gәlәnlәri olduğu kimi әrz edirәm. Ancaq xahişim var:
            söylәdiklәrim aramızda qalsın. Çünki tәkrar edirәm, dәrdim son-
            suzdur, biabırçılıq isә ondan da böyükdür!
                Sözün qısası, Allah Tevyeyә mәrhәmәt göstәrib vә ona bir-
            birindәn gözәl, ağıllı, sağlam, sәrvboylu qızlar nәsib edib! Eh,
            kaş onlar çәlimsiz, kifir olaydılar! Bu hәm qızlar, hәm dә mәnim
            üçün yaxşı olardı. Deyә bilәrsinizmi, yaxşı at tövlәdә yatıb
            qalıbsa, onun nә xeyri? Kәndxuda Anton Poperila, üz-gözünü
            tük basmış, uzunboğaz çәkmә geyinәn yekәpәr mirzә Fedka
            Qalaqan, bir dә zәhlәtökәn keşiş kimi mәxluqların yaşadığı
            ucqarda qәşәng qızlar kimә lazımdır? Keşişin adını eşitmәk belә
            istәmirәm, ona görә yox ki, mәn yәhudi, o isә keşişdir. Әksinә,
            neçә illәrdir onunla tanışıq, bir-birimizә qonaq gedir, rast gәlәndә
            hörmәtlә salamlaşır, hal-әhval tuturuq... Çalışıram, onunla söhbәti
            uzatmayım, çünki boşboğazlıq edir: bizim Tanrı, sizin Allah...
            Geri addım atmıram, yәni söz altında qalmıram, mәsәllәr çәkib
            sözünü kәsirәm. Deyirәm, bizdә belә bir mәsәl var... Amma o da
            sözümü kәsib bildirir ki, mәsәllәri mәndәn yaxşı bilir. Bir dә
            görürsәn,  Tövratı, özü dә qәdim yәhudi dilindә, bildiyi kimi
            әzbәr deyir... “Bereşif bara eloxim.” Talmutu isә sevmir, onun
            fikrincә,  Talmut xalis xәspuşluqdur... Bu mәqamda dözmәyib
            dişimin dibindәn çıxanı deyirәm. Elә bilirsiniz vecinәdir? Әsla!
            Gülüb saqqalını sığallayır. Dünyada adam söymәkdәn, onun
            mәnliyini alçaltmaqdan pis şey ola bilmәz, ancaq keşiş susur.
            Gülürsә, demәli, bivec adamdır!
                O vaxt anlamırdım, indi isә gülüşünün sәbәbi mәnә aydındır.
                Bir gün axşam evә qayıdanda görürәm, mirzә Fedka bizim
            Qodldan sonrakı üçüncü qızım Xava ilә küçәdә dayanıb. Oğlan
            mәni görәn kimi dәrhal şapkasını çıxarıb tәzim etdi vә uzaqlaşdı.





             354
   349   350   351   352   353   354   355   356   357   358   359