Page 357 - Sholom_Aleyhem_Макет 1
P. 357
Südçü Tevye
bilir, üstünü dә! Tevyenin arvadı isә bilikli quşdur, qanad açıb
göylәrә uçmağa hazırdır!
– Madam ki göylәrdәn başladın, onda sәni görüm yerә
girәsәn! Qarnın ac olanda sözlәrim boğazından keçmir?
Xülasә, birini qoyub, başqasına keçәk, yәni keşişdәn danışaq...
Bir gün axşamçağı boş süd bardaqları ilә evә qayıdanda
kәndin kәnarında ona rast gәlirәm. Arabasında oturub, atları özü
sürür, külәk dә saqqalını yellәdir.
“Eh, lәnәtә gәlәsәn, gör kimә rast gәldim!”
– Axşamın xeyir! – deyir. – Yoxsa tanımadın?
– Dövlәtli olacaqsınız, müqәddәs ata! – papağımı çıxarıb
onu salamlayır vә yoluma davam etmәk istәyirәm.
– Ayaq saxla, Tevye. – deyir. – Hara tәlәsirsәn? Sәnә iki
kәlmә sözüm var.
– Eşidirәm! – cavab verirәm. – Әgәr xoş sözdürsә, buyurun!
Yox, qanımızı qaraldacaqsa, başqa vaxta saxlayaq.
– “Başqa vaxt” nә demәkdir?
– Başqa vaxt, – deyirәm, – yәni Mәsihin zühuruna qәdәr.
– Mәsih artıq gәlib...
– Hә, bilirәm, bunu çox eşitmişәm. Müqәddәs ata, yaxşı
olardı, yeni bir şey fikirlәşәydiniz...
– Çalışıram! – cavab verir. – Sәninlә qızın barәdә danışmaq
istәyirәm...
– Qızlarım, – deyirәm, – Allah göstәrmәsin, hәlә o günә
qalmayıb ki, onların barәsindә danışasan: aydan arı, sudan du-
rudurlar.
– Amma elә mәsәlәlәr var ki, qız özü bu barәdә dillәnә
bilmir, – cavab verir. – Әvәzinә başqası danışmalıdır, çünki
söhbәt vacib işdәn, yәni onun taleyindәn gedir. ..
– Övladımın kimә nә dәxli? – deyirәm. – Mәncә, söhbәt
taledәn gedirsә, hәlә ölmәmişәm, qızımın arxasında dağ kimi
dayanmışam!
– Әlbәttә, – deyir, – sәn atasısan. Amma korsan, qızının yad
alәmә can atdığını görmürsәn, onu başa düşmürsәn, ya da anlamaq
istәmirsәn...
357