Page 360 - Sholom_Aleyhem_Макет 1
P. 360

Şolom Aleyxem

            Başını bu gic-gic mәsәllәrlә doldurmusan, dünyadan xәbәrin
            yoxdur...
                Qolda danışdıqca qaranlıqda hönkür-hönkür ağlayır...
            Fikirlәşirәm, bir tәrәfdәn haqlıdır, amma arvad incә mәtlәblәrdәn
            heç nә anlamır. Onun sızıltısı, iniltisi qәlbimi dağlayır...
                – Qolda, – deyirәm, – bilirәm, hәr hadisәyә mәsәl çәkmәyim
            xoşuna gәlmir. Amma yenә dә mәsәllә cavab vermәk istәyirәm:
            “Atanın övladlarına hәmişә rәhmi gәlir”, – ata öz uşağını dünyada
            hәr şeydәn çox sevir. Çünki övladları ilә başqa dildә danışır. Nә
            isә, sabah, Allah qoysa, qızla görüşәrәm...
                – Allah elәsin, – deyir, – kaş qızla da, onunla da görüşә
            bilәydin... Keşiş dә olsa, pis adam deyil. İnsanlara münasibәti
            xoşdur.
                – Kim? – soruşuram. – Keşiş? Bәlkә, qarşısında baş әymәliyәm?
            Dәli olmusan? Mәsәl var, deyirlәr: “Şeytana xoş gәlmәk üçün
            ağuşunu açma!” İstәyirsәn ki, ona tәzim edim, düşmәnlәrim dә
            mәni lağa qoysunlar?
                – Eh, – arvad cavab verir, – sәn düzәlәn deyilsәn...
                –  Bәs nә bilmişdin? – deyirәm. – Yoxsa arvad sözü ilә otu-
            rub-durmalıyam, hә? Yox, әzizim, sәnin ağlınla yaşaya bilmәrәm!
                Bütün gecәni söhbәtlәşdik. Birtәhәr xoruzların ilk banını
            gözlәdim, qalxıb dua oxudum, qırmancı alıb keşişin evinә
            yollandım... Arvad haqlı idi. Bәs hara gedim? Mәzara?
                Sözün qısası, keşişin hәyәtinә gәlirәm, itlәr qabağıma cumur,
            paltarımı didir, ayağımı qapırlar...
                Xoşbәxtlikdәn, qırmanc әlimdә idi, onların dәrsini verdim:
            “Qoy diş qıcırtmasınlar”, yәni: “kimә hürdüyünü bil...” Sәs-küyә
            keşiş vә arvadı çıxdı, köpәklәri çәtinliklә aralayıb mәni evә
            dәvәt etdilәr. Hörmәtli qonaq kimi qarşıladılar, hәtta samovara
            od salmaq da istәdilәr. Etiraz edib bildirdim ki, keşişlә göz-gözә
            söhbәt etmәliyәm. Kişi mәsәlәnin nә yerdә olduğunu anlayıb
            arvadına göz elәdi ki, otaqdan çıxsın. Girişsiz-filansız sözә
            başladım: qoy әvvәlcәdәn desin, Allaha inanır, ya yox? Sonra
            cavab versin ki, övladı atadan ayırmaq nә demәkdir? Söylәsin





             360
   355   356   357   358   359   360   361   362   363   364   365