Page 323 - Sholom_Aleyhem_Макет 1
P. 323
Südçü Tevye
çıxarmaq nәyә gәrәkdir? Bir, iki, üç, bir-birimizin әlini sıxaq,
vәssalam! İş bitsin! Başa düşdünüz, ya yox?
Sözünü bitirdi, mәn isә qәfil xәbәr almış adam kimi, duruxdum,
quruyub qaldım. Dәrhal beynimdәn belә bir fikir keçdi: Leyzer-
Volf... Seytl... Axı onun Seytl yaşında qızları var... Amma elә
hәmin an öz-özümә etiraz etdim: İlahi, xoşbәxtlik quşu başımıza
qonub! Qız üçün әla olar! Düzdür, sәn deyәn sәxavәtli deyil.
Amma indiki zamanda bunu xasiyyәtin müsbәt cәhәti hesab
etmәk olar! Mәncә, hәddindәn artıq sadәlik dә mәqbul sayıla
bilmәz... Әlac nәdir? Hamı oxumuş ola bilmәz axı! Anatovka,
Mazerovka, hәtta Yequpetsdә elә varlı adamlar var ki, savaddan,
yazı-pozudan, ümumiyyәtlә, xәbәri yoxdur. Bununla belә, el
içindә böyük hörmәt sahibi kimi şad-xürrәm yaşayırlar. Allah
mәnә dә qismәt elәsin, Müqәddәs kitabda deyildiyi kimi: “Savad
ruzi gәtirәr”, yәni bilik sandıqdadır, müdriklik cibdә...
– Hә, reb Tevye, – deyir, – niyә susursunuz?
– Nә etmәliyәm? Çalıb-oynamalıyam? – guya tәrәddüd
edirәm. – Reb Leyzer-Volf, başa düşürsünüz, bu, elә bir mәsәlәdir
ki, gәrәk yaxşı-yaxşı, özü dә hәrtәrәfli düşünәsәn. Axı zarafat
deyil: birinci uşağımdır.
– Bәli, – deyir, – mәhz birinci uşaq olduğuna görә yubatmağın
mәnası yoxdur. Allah qoysa, sonra ikinci, üçüncü qızı әrә
verәrsiniz. Başa düşürsünüz?
– Amin! – cavab verirәm. – Sizә dә bunu arzulayıram!
Düzdür, qız әrә vermәk heç dә asan iş deyil, tәki Allahın izni ol-
sun...
– Yox, – deyir, – reb Tevye, mәn tamam başqa şeydәn
danışıram. Cehiz istәmirәm, qıza lazım olan şeylәri almağı öz
üzәrimә götürürәm. Sizin dә xeyriniz olacaq, çalışacağam ki,
narazı qalmayasınız. Payınıza nә düşәcәksә, hamısını alacaqsınız!
– Fu! – cavab verirәm. – Üzr istәyirәm, mәnimlә elә danışırsınız
ki, sanki dükana әt almağa gәlmişәm. Necә yәni, “düşәcәk?”
Qızım Seytl, Allah göstәrmәsin, elә qız deyil ki, onu pula satım.
Fu! Fu!
– Yaxşı, siz deyәn olsun. Mәn isә, әksinә, istәyirdim sizi
mümkün qәdәr razı salım... Madam, belәdirsә, qoy “Fu” olsun.
323