Page 318 - Sholom_Aleyhem_Макет 1
P. 318

Şolom Aleyxem

            pul qoydum, sәn fәrasәt. Dәrd mәnimkidir! Әlbәttә, sәn zәrәrә
            yox, qazanca ümid bәslәyirdin. Әgәr ümidlәr puç olubsa, demәli,
            taleyimiz belә yazılıb. Necә deyәrlәr, sәn saydığını say, gör fәlәk
            nә sayır! Elә bilirsәn asandır? Ötәn payız inәyim xәstәlәndi,
            ucuz әtliyә verdim, amma dәyәri әlli rubldan az olmazdı, sonra
            qırmızı düyә naxoşladı, heç iyirmi rubla da alan tapılmadı... Nә
            qәdәr götür-qoy elәsәn dә, çarә yoxdur! İşin әvvәldәn düz gәtir -
            mәdisә, әllәş-vuruş, heç nә alınmayacaq... Sәndәn soruşmuram,
            pullarım haradadır? Qanım bahasına qazandığım başabәla pulların
            harada olduğunu bilirәm! Veksellәrә qoyulub, xülyalara xәrclәnib...
            Günahkar mәn deyilәmsә, kimdir? Asan yolla varlanıb cibimi
            doldurmaq istәyirdim... Eh, qardaşım, pul ağır zәhmәtlә, qan-tәr
            bahasına qazanılır! Sәni ölәnәcәn döymәk lazımdır! İndi çığır-
            bağır salmağın nә mәnası? Müqәddәs kitabda deyildiyi kimi:
            “Cavan qız hönkürüb ağladı…” İndi göz yaşı tökmәk fayda
            vermәz! Ölәnә qәdәr ağla! Ağıl vә peşmançılıq! Bunların hәr
            ikisi sonradan gәlir. Tevyeyә varlı olmaq qismәt deyilmiş. Necә
            deyәrlәr, dünyaya ac-yalavac gәlmisәn, elә bu cür dә ölәcәksәn!
            Görünür, Allahın mәslәhәti belәdir. Verәn dә Allahdır, alan da!
            Vәssalam! Gedәk, qardaş, adama bir qәdәh vuraq!..
                – Bax belә, pan Şalom-Aleyxem, xülyalar bu cür başa çatdı!
            Düşünürsünüz, pullarımın batmağına kәdәrlәnirәm? Әsla! Hәr
            ikimiz bilirik ki, Müqәddәs kitabda necә yazılıb: “Günәş dә
            mәnimdir, torpaqdan çıxan qızıl da”, – pul isә boş şeydir! Әl
            çirki! Әsas olan insan vә insanlıqdır! Bircә ona tәәssüflәnirәm
            ki, xoşbәxt yuxularım çin olmadı! Çarә nәdir? Çünki belә yazılıb:
            “İnsan istәdiyi kimi yaşaya bilmәz” – yәni, “su qabı suda sınar!”
            Allah deyir ki, Tevye, boş xәyallarla yaşama, sәnin işin pendir vә
            yağdır! Bәs ümid? Onun da öz yeri var. Dәrdin nә qәdәr çox
            olsa, ümidin dә artar, nә qәdәr yoxsul olsan, o qәdәr ümidlә
            yaşayarsan... Çünki...
                Mәncә, bu dәfә lap çox danışdım. Gedib işlә mәşğul olmaq
            vaxtıdır, necә deyәrlәr, ruzi Allahdandır, sәndәn hәrәkәt, mәndәn
            bәrәkәt!
                Sağ-salamat qalın vә daima xoşbәxt olun!




             318
   313   314   315   316   317   318   319   320   321   322   323