Page 317 - Sholom_Aleyhem_Макет 1
P. 317
Südçü Tevye
ki, bunu heç düşmәnimә dә rәva görmәrәm! Nә pencәyi, nә
ayaqqabısı gözümdә deyil! Hәlә sifәtini demirәm! Tabutda
uzanmış ölüyә bәnzәyirdi! “Hә, Tevye, – fikirlәşdim. – Bu işdәn
әsla xeyir qoxusu gәlmir! Başına daş! Pulların batdı! Necә
deyәrlәr, it dә getdi, ip dә! Nә day qaldı, nә dana! İndi çәk bu
dәrdi görüm, necә çәkirsәn...”
Qohum mәni görәn kimi özünü itirdi. İkimiz dә yerә mıxlanmış
kimi dayanmışdıq, kәlmә kәsmәyә taqәtimiz yox idi, dәvә
nalbәndә baxan kimi bir-birimizә baxırdıq, danışan baxışlarımız
idi: “Müflis olduq! Bir әlac qalır ki, boynumuza daş bağlayıb
özümüzü çaya ataq!”
– Reb Tevye! – sakitcә dillәndi, qәhәr onu boğurdu. – Reb
Tevye! Kaş mәnim kimi bәdbәxt, bәxtsiz adam, ümumiyyәtlә,
dünyaya gәlmәyәydi! Belә yaşamaqdansa... ölmәk yaxşıdır, –
dedi, – mәn dar ağacına layiqәm...
Yenә nәsә demәk istәyir, ancaq danışa bilmir.
– Әlbәttә, – deyirәm, – sәni, Menaxem-Mendl, bu әmәllәrinә
görә bax burada, Yequpetsin düz ortasında yandırmaq lazımdır
ki, o dünyaya, nәnәn Seytlin yanına yollanasan! Heç bilirsәn, nә
iş tutmusan? Bütün bir ailәni bәdbәxt qoymusan, zavallı, heç bir
günahı olmayan adamlara qәsd elәmisәn. İndi arvadın, uşaqların
yanına hansı üzlә qayıdım? Söylә, ay qaniçәn cani, quldur!
– Haqlısınız! – divara söykәnib deyir. – Tamamilә doğrudur,
reb Tevye! Vicdan haqqı...
– Sәni görüm, cәhәnnәmә gedәsәn, axmaq adam, hәtta
cәhәnnәm dә sәnә azdır!
– Doğrudur, reb Tevye! Hamısı doğrudur... Vicdan haqqı...
Belә hәyatdansa, reb Tevye... Belә yaşamaqdansa... – sözünün
ardını gәtirә bilmәyib başını aşağı dikir.
Dayanıb bu bәdbәxtә baxıram, divara söykәnib xәcalәtdәn
başını qaldıra bilmir, papağı әzik-әzikdir, hәr ahı, iniltisi ürәyimә
dağ çәkir.
– Mәsәlәyә digәr tәrәfdәn yanaşsaq, – deyirәm, – tamamilә
aydındır ki, sәnin heç bir tәqsirin yoxdur. Bu işi bilәrәkdәn
etmәmisәn – belә düşünmәk ağılsızlıq olardı. Digәr tәrәfdәn, axı
sәn dә mәnim kimi şәrik idin vә qazancı yarı bölәcәkdik. Mәn
317