Page 306 - Sholom_Aleyhem_Макет 1
P. 306
– Qardaşlar! – yalvarıram. – Әl çәkin mәndәn!
Ay әzizlәrim, deyәsәn, mәni kiminlәsә sәhv salmısınız! Elә
bilirsiniz, Brodskiyәm? Arzu edirәm ki, pul başınızdan sel kimi
tökülsün! Nәdәnsә başqasının varı hamının gözünü qamaşdırır.
Adama elә gәlir, parıldayan hәr şey qızıldır, amma әlinә alanda
görürsәn ki, mis imiş!
Sözün qısası, axır ki, bәdnәzәr mәni yıxdı, yerlә-yeksan
elәdi, heç xeyir görmәsinlәr! Allah mәnә bir qohum nәsib edib...
Hә, necә deyim: körpü mәsәlәsi... Adı Menaxem-Mendldir, avara,
yalançı, araqarışdıranın yekәsidir! Bir işdir, yaxamı әlә vermişәm,
o da başımı xülyalarla, boş-boş şeylәrlә doldurub. Yәqin, soruşa -
caqsınız: axı necә ola bilәr? Mәn, Tevye, bu tipin – Menaxem-
Mendlin çәnginә necә keçmişәm? Cavab verirәm: görünür, qis -
mәtim belә imiş. Qulaq asın, danışım!
Qışın әvvәllәrindә Yequpetsә getmişdim, bir az mal aparmışdım –
iyirmi girvәnkәdәn artıq yağ, – özü dә nә yağ! – iki torba kәsmik,
– can dәrmanı! Allah sizi saxlasın, birtәhәr dolanmaq lazımdır,
ya yox? Hә, yәqin, başa düşürsünüz, malları әlimdәn qapdılar,
bir qram da qalmadı. Hәtta mәni hәmişә müqәddәs adam kimi
hörmәtlә qarşılayıb yola salan yaylaqçı müştәrilәrimә, yәni
Boyberik bağlarında dincәlәn varlılara da baş çәkmәyә macal
tapmadım... Hә, burada qәribә nә var? Yequpets tacirlәri özlәrini
cırıb-dağıtsalar da, Tevyeninki kimi keyfiyyәtli mal tәklif edә
bilmәzlәr! Sübuta ehtiyac yoxdur, hәr şey göz qabağındadır!
Hәdisdә deyildiyi kimi: “Qoy sәni başqaları tәriflәsin”, – yaxşı
mal üz ağardar...
Nә isә, malları xırıd elәdim, atın qabağına saman töküb
şәhәri gәzmәyә çıxdım. “İnsan torpaqdan yaranıb, torpağa da
dönәcәk!” Buna görә dә adamların ürәyindәn Allahın xәlq etdiyi
dünyanı o baş-bu başa gәzmәk, tәmiz hava almaq, tanış-bilişlә
görüşmәk hәvәsi keçir. Yequpets mağazalarının vitrinlәrindәki
cah-calala heyran qalırsan. Ürәyin istәyәn qәdәr bax, amma әl
vurmaq olmaz! Böyük vitrinin qarşısında dayanıb qızıl imperiallara,
gümüş sikkәlәrә, bank biletlәrinә, zinәt әşyalarına baxıb öz-
özümә deyirәm: “İlahi, bura düzülәnlәrin onda biri mәnim olsaydı,
306