Page 304 - Sholom_Aleyhem_Макет 1
P. 304

Şolom Aleyxem

                – Nә istәyәcәyәm? – deyir. – Arzum budur, axmaq olmayıb
            sәfeh-sәfeh danışmayasan.
                – Әlbәttә! – cavab verirәm. – İndi ağıllı çıxmısan... Kimin ki
            yüz rublu var, hamıdan ağıllıdır! Hәmişә belә olub!
                Nә isә, bir neçә dәfә küsüb-barışdıq, nәhayәt, söhbәt mәnә
            vәd edilәn boz inәyin üstünә gәldi, qәrarlaşdıq ki, südverәn bir
            inәk dә alaq.
                Әlbәttә, soruşa bilәrsiniz, nә üçün at yox, mәhz inәk? İcazә
            verin soruşum: bәs nә üçün at? İnәyin nәyi pisdir? Başa düşürsünüz,
            Boyberik elә bir yerdir ki, bütün Yequpets varlıları ora axışır. Bu
            adamlar uşaqlıqdan adәt ediblәr ki, әt, yumurta, toyuq, soğan,
            bibәr, ümumiyyәtlә, hәr şeyi onların qabağına qoyasan. Nәyә
            görә pendir, xama, yağ vә digәr ağartı mәhsullarını birbaş onların
            stoluna çatdırmayasan? Yequpetsә gәlәnlәr yemәyi xoşlayırlar,
            pul isә onlar üçün heç nәdir, demәli, mәhsulu bu adamlara
            satmaqla yaxşı pul qazanmaq mümkündür. Әsas mәsәlә odur ki,
            mal keyfiyyәtli olsun. Mәndә olan mәhsulları isә  Yequpetsdә
            çıraqla da gәzsәn, tapa bilmәzsәn. Allah sizi dә, mәni dә xoşbәxt
            elәsin, hörmәtli ağalar, hәtta xristianlar belә dәfәlәrlә xahiş
            ediblәr ki, onlara tәzә mәhsul gәtirim.
                “Eşitmişik ki, sәn, Tevye, xristian olmasan da, tәmiz adamsan”,
            – deyirlәr. Bizim yәhudilәrdәn heç vaxt belә tәrif eşitmәmişәm!
            Ümumiyyәtlә, bizimkilәrin dilindәn xoş söz çıxmaz. Ancaq onu
            bilirlәr ki, lazım olmayan yerә burunlarını soxsunlar. Tevyenin
            inәyini, tәzә arabasını görәn kimi paxıllıqdan partlayırlar, baş
            sındırırlar: “Görәsәn, hansı pulla alıb? Bәlkә, Tevye saxta pul
            kәsir? Bәlkә, gizlicә spirt çәkir?” “Ha-ha-ha! Sındırın başınızı,
            nә qәdәr istәyirsiniz!” İnanın, ilk adamsınız ki, sizә bu әhvalatı
            danışıram...
                Deyәsәn, uzunçuluq elәdim. Mәni qınamayın! İş, dolanışıq
            barәdә düşünmәk lazımdır. Müqәddәs kitabda yazıldığı kimi:
            “Hәr qarğa özü kimi digәr qarğalara bәnzәyir”, – yәni hәr kәs öz
            işi ilә mәşğul olmalıdır. Siz kitab yazmaqla, mәn isә, necә
            deyәrlәr, öz qoturumu qaşımaqla... Pan Şolom Aleyxem, sizdәn





             304
   299   300   301   302   303   304   305   306   307   308   309