Page 303 - Sholom_Aleyhem_Макет 1
P. 303
Südçü Tevye
Nә isә, bütün әhvalatı әvvәldәn-axıradәk danışdım vә pulları
bir neçә dәfә saydıq. Nә az-nә çox, düz otuz yeddi rubl idi!..
Arvadım hәtta ağladı.
– Niyә ağlayırsan, ay ağılsız?
– Necә ağlamayım? Gözümdәn yaş özü süzülür… – deyir. –
Ürәyim doludur, qәhәr mәni boğur. Allahın işinә bax, ürәyimә
dammışdı ki, xoş xәbәrlә dönәcәksәn. Rәhmәtlik nәnәmi әvvәllәr
yuxumda gördüyüm heç yadıma gәlmir. Yuxuda baxdım ki,
südqabı ağzına kimi doludur. Nәnәm Seytl, Allah ona rәhmәt
elәsin, önlüyü ilә qabın ağzını örtür…
– Dayan, canım, ardını danışma! – deyirәm. – Qoy nәnәn
Seytl cәnnәtdә kefini çәksin. Bilmirәm, ondan bizә xeyir gәlәr,
ya yox? Amma, Allah elә bir möcüzә göndәrib ki, bizim dә bol
süd verәn inәyimiz olsun. Yaxşısı budur, canım Qolda, mәslәhәt
ver, görәk bu pulları neylәyәk?
– Tevye, özün de, bu pullarla nә etmәk fikrindәsәn?
– Yox, әvvәl sәn söylә, kapitalı hara xәrclәyәk?
Fikirlәşmәyә başladıq, götür-qoy elәdik, xeyli baş sındırdıq,
hәrә bir tәklif irәli sürdü. O gecә daha nәlәrdәn bәhs etmәdik?
Düşündük ki, dәrhal bir cüt at alıb, böyük mәnfәәtlә sataq.
Boyberikdә әrzaq dükanı açaq vә tezliklә bütün malları satıb
qurtaraq. Manufaktura ticarәti ilә mәşğul olaq. Meşә sahәsi alaq
vә icarәyә verib köçәk. Anatovkada qutu düzәldәn sex alaq. Pulu
sәlәmә...
– Başın xarab olub? – arvad әsәbilәşir. – Pulu sәpәlәmәk
istәyirsәn ki, әliyalın qalaq?
– Sәncә, taxıl alverinә girişib müflis olmaq yaxşıdır? Adamlar
tanıyıram, taxıl alverindә var-yoxları әllәrindәn çıxıb. Bax,
Odessada nәlәr baş verir?!
– Sәnin Odessan mәnә çox lazım imiş! – arvad bildirir. –
Mәnim babalarım, hәtta ulu babalarım da orada olmayıblar! Vә
nә qәdәr ki sağam, nәfәsim gәlir, uşaqlarımın da ayağı ora
dәymәyәcәk!
– Bәs nә istәyirsәn? – soruşuram.
303