Page 297 - Sholom_Aleyhem_Макет 1
P. 297

Südçü Tevye

             – Әziz qadınlar, deyin, sizi hara atım?
             – A… bu nә sözdür? – mәәttәl-mәәttәl üzümә baxırlar. –
          “Atım” nә demәkdir?
             – Arabaçılar, adәtәn, belә deyirlәr, – izah edirәm. – Yәni
          Boyberikә gәlәndә,  Allahın izni ilә sağ-salamat yetişsәk, sizi
          harada düşürüm? Boyberikdә boş-boşuna dolaşmaq istәmirәm…
             – Hә… belә deyin dә! Zәhmәt olmasa, bizi meşәnin qarşı
          tәrәfinә, çay kәnarındakı yaşıl bağa aparın. Tanıyırsınız?
             – Әlbәttә! Boyberikә beş barmağım kimi bәlәdәm. Arabamla
          o qәdәr odun daşımışam ki, sayı-hesabı yoxdur. Hәmin bağı
          keçәn yay Yequpetsdәn bir varlı kirayәyә götürmüşdü, milyonçu
          idi, yәqin, yüz, bәlkә dә, iki yüz min pulu olardı!
             – Hәmin milyonçu yenә o bağı kirayәlәyib, – qadınlar bildirir
          vә pıçıldaşıb gülüşürlәr.
             – Üzr istәyirәm, – deyirәm, – madam, bәlkә, o varlı ailә ilә
          yaxın münasibәtiniz var, hә? Әgәr elәdirsә, lütfәn, barәmdә
          onlara bir söz deyә bilәrsinizmi? Bәlkә, bağda mәnә uyğun bir iş
          tapıldı, nә bilmәk olar? Qonşuluqda bir oğlan var, adı Sroyeldir...
          fәrli adam deyil. Bir varlı şәxsә yol tapıb, hәftәdә iyirmi beş rubl
          qazanır, bәlkә dә, qırx!.. Allah bilir! Bәzilәrinin bәxti gәtirir dә!..
          Ya da götürәk bizim qәssabın kürәkәnini.  Yequpetsdәn baş
          götürüb getmәsәydi, halı necә olacaqdı? Düzdür, başı bәlalar
          çәkirdi, әziyyәtlә yaşayırdı, acından ölürdü. Amma indi, Allah
          mәnә dә qismәt elәsin, hәr ay evinә pul göndәrir. Hәtta arvad-
          uşağını da yanına aparmaq istәyir. Amma bәla burasındadır ki,
          ailәyә orada yaşamağa icazә vermirlәr. Bәs özü necә yaşayır?
          Aydın mәsәlәdir – zülümlә, әzab çәkir... Deyirәm, baxın, gözünüzә
          su verin! Hәyatda hәr şeyin sonu çatır!.. Hә, bu da dediyiniz çay,
          qarşısında da böyük bağ ...
             Arabanı çәkib artırmanın qarşısında saxlayıram. Evdәkilәr
          bizi görәn kimi sevinir, hay-küy salırlar.
             – Nәnә! Ana! Xala! İtkinlәr tapıldı! Gözünüz aydın! İlahi,
          harada qalmısınız? Nigarançılıqdan üzüldük... Hәr tәrәfә adam
          göndәrmişik... Ağlımıza әcaib fikirlәr gәlirdi, meşәdә nә desәn





                                                              297
   292   293   294   295   296   297   298   299   300   301   302