Page 292 - Sholom_Aleyhem_Макет 1
P. 292

Şolom Aleyxem
            uzanır. Qaş qaralır. Şәr qarışanda ürәyim sıxılır, başıma әcaib
            fikirlәr gәlir, dünyadan köçmüşlәrin surәti gözümün önündә
            canlanmağa başlayır. Evdәkilәri düşünәndә isә adamı dәrd basır!
            İndi komamız zülmәt içindә, uşaqlar pәrişan, әyin-başları yox,
            gözlәri dә yoldadır ki, ataları bir parça çörәk gәtirәcәk, o da
            olmasa, әn azından, bulka alacaq! Arvad deyinir: “Günümә bax!
            Yeddi uşaq doğmuşam, hamısı dә bәdbәxt!  İlahi, keç günahımdan,
            hәrdәn istәyirәm hamısını diri-diri çayda boğum!” Hәr axşam
            belә sözlәri eşitmәkdәn bezmişәm!
                Boş-boş danışmaqla qarın doymaz. Siyәnәk balığını yeyәndәn
            sonra ürәyin çay istәyәcәk, amma çay üçün qәnd lazımdır, qәnd
            isә... Brodskinin fabriklәrindә hazırlanır...
                – Bir parça çörәklә doymaq olmur, – arvadım deyir, – çatmır,
            uşaqlar ac qalır. Sәhәr bir stәkan çay içmәsәm, dözә bilmәrәm:
            uşaq bütün gecәni döş әmir, sıxıb suyumu çıxarır.
                Amma gәrәk unutmayasan ki, yәhudisәn! Günәş qürub edir...
            Duanın vaxtı çatıb... Әslindә, bu, necә dua etmәkdir? Tәsәvvür
            edin: dua vaxtı gәrәk dinmәzcә dayanasan, at isә macal vermir,
            yerindәn sıçrayıb dәli kimi götürülür... Sәn dә arabanın ardınca
            qaçırsan, cilovu dartırsan: “Ya hәzrәt İbrahim, ya İsa, ya hәzrәt
            Yaqub...” Belә dә dua oxumaq olar? Oxuyursan ki, ürәyin
            boşalsın, yüngüllәşәsәn...”
                Nә isә, arabanın ardınca qaça-qaça, sinaqoqdakı kimi avazla
            dua oxuyuram: “Hamı sәnin lütfkarlığın sayәsindә ömür sürür...”
            Dünyadan köçәnlәrә dua elәyirәm.
                Düşünürәm: “Eh, onsuz da, axırımız mәzardır! Guya bu
            dünyada ömür sürürük? Bax  Yequpets varlılarının güzәranına
            yaşamaq demәk olar! Yayı Boyberikdә keçirir, yeyib-içir, yağ-
            bal içindә üzürlәr! Ey yeri-göyü yaradan pәrvәrdigar! Hansı
            günahlarıma görә bu әzabları verirsәn? Miskin hәyatımıza nәzәr
            sal! Yәni әzablarımıza bax, gör necә әllәşirik, yoxsulların dadına
            çat, sәndәn başqa, pәnahımız yoxdur! Bizә cansağlığı bәxş elә,
            sağlam olaq. Onsuz da, dәrd-sәrimiz çoxdur. Bizә xeyir-dua
            ver... Elә elә ki, il uğurlu gәlsin, çovdar, buğda, arpa bol olsun...”
            Digәr tәrәfdәn, bütün bunların mәn zavallıya nә xeyri? Atım
            üçün vәlәmirin ucuz, ya da baha olmasının nә fәrqi?



             292
   287   288   289   290   291   292   293   294   295   296   297