Page 276 - Sholom_Aleyhem_Макет 1
P. 276

Şolom Aleyxem

                – Nә? Evlisiniz? Tәbriklәr! – Arkadi yerindәn azacıq qalxdı.
                – Evli idim, – Bronzentoler cavab verdi. – narahat olmayın,
            ayrılmışam. Nә isә... Sonra dost-tanış mәni dilә tutmağa başladı.
            “Bu milyonlar nәyinә gәrәkdir axı? Öz işinlә mәşğul olsan
            yaxşıdır! Az qazan, hәmişә qazan! Bu pana niyә baş qoşmusan?
            Kim bilir, hansı yuvanın quşudur! Bәlkә, heç pan deyil?” Nә isә,
            dedi-qodunun ardı-arası kәsilmirdi.
                Arvadım da mәni düz yola qaytarmağa çalışırdı. Ona dedim:
            “Ay ağılsız, deyilәnlәrә fikir vermә! Paxıllıq çәkirlәr. Bizim
            böyük sәrvәtә sahib olacağımızdan qorxurlar, bunu hәzm edә
            bilmirlәr!” Arvadla dil tapmaq qeyri-mümkündür! Tutuquşu kimi
            dediyindәn әl çәkmir. “Mәnә belә xoşbәxtlik lazım deyil. Özünә
            qismәt olsun! Gәl boşanaq, yollarımızı ayıraq!” Başa düşdüm ki,
            onu yola gәtirmәk çәtin olacaq. Ayrıldıq. Başım müsibәtlәr çәkdi,
            xәcalәtimdәn dabanıma tüpürüb qaçdım,  Yequpetskә köçdüm.
            Pan dostum ilә yenә dә mәsrәflәri ödәyә bilәcәk adamlar
            axtarmağa başladıq. Hәr halda,  Yequpetsk böyük şәhәrdir, iri
            müәssisәlәri, varlıları, böyük pullar qazanmaq eşqi ilә yaşayan
            insanları var.
                Panı yaxşı mehmanxanalardan birinә yerlәşdirdim, özümә
            isә bu çardağı kirayәlәdim, necә deyәrlәr, Allaha yaxın olum.
            Hәr sәhәr әsamı götürüb birjaya gedirәm, ora hәmişә qәlәbәlik
            olur, lazımi adamlarla tanışlıq qururam.
                Amma ümid var ki, sәhmdar cәmiyyәt tәsis edәk. Bu, o
            demәkdir ki, bir neçә adamın sәhmlәrinin birlәşmәsindәn lazımi
            kapital yaranacaq. Kim nә qәdәr sәhm yatırıbsa, o qәdәr dә pay
            alacaq. Әgәr payçı bu gün yüz rubl qoyubsa, sonda on min rubl,
            min qoyubsa – yüz min, on minә – milyon rubl qazanacaq. İndi
            tәsәvvür edin, arvadım it kimi peşman olub, dostlarını yanıma
            göndәrib mәni dilә tutmağa çalışır. Onlar da hәsәd aparırlar, yәni
            Moyşe Bronzentoler – adi puldәyişәn – gözlәnilmәdәn üç milyon
            qazanacaq.
                – Nә? Üç milyon? –  Arkadi Şveytser bağırıb çarpayıdan
            atıldı. – Doğrudan, üç milyon?




             276
   271   272   273   274   275   276   277   278   279   280   281