Page 271 - Sholom_Aleyhem_Макет 1
P. 271

Şən kompaniya

          tutub ucadan elә qәhqәhә çәkdi ki, dedim bu dәqiqә ürәyi
          dayanacaq.  “Tı estem velkim durnim, Moşka!”  – deyir. Yәni,
          “Sәndәn axmaq adam yoxdur”. Sonra gülmәkdәn yaşarmış
          gözlәrini silә-silә bildirir: “Mәnim payıma, nә az, nә çox, düz
          otuz üç milyon düşür. Üçümüzün, yәni mәn vә iki bacımın isә
          doxsan doqquz milyonumuz var”. Dәrhal komoda yaxınlaşır, bir
          qalaq kağız-kuğuz çıxarıb gözümә soxur. “Na baç!” Yәni, “Al,
          bax!” Nәyinә baxım? Kağızdır da! Üzәrindә çoxlu möhür var,
          amma nә yazıldığını bilmirәm. Deyir: “Görürsәn bu imzanı?
          Şәxsәn prezident qol çәkib.  Amerikadan mәnim ünvanıma
          göndәriblәr, San-Fransisko, Kaliforniyadan”. Nә deyirәm ki!
          Olsun Kaliforniya! Nә bilim orada nә yazılıb? “Pan Moşka, gәl
          mәn sәnә әhvalatı olduğu kimi danışım, onda bilәrsәn, bu
          kağızlarda nә yazılıb vә qraf Dombe-Dembo-Dembitski kimdir?”
             Pan bunu deyib uzun müştüyünә papiros taxdı, yandırıb bir
          neçә dәrin qullab vurdu vә әhvalatı söylәmәyә başladı.
             – Әsl söhbәt indi başlayır ki! –  Arkadi әlini-әlinә sürtüb
          yazıçıya göz vurdu. – Pan yazıçı, sizdәn xahiş olunur ki, mürgü
          döymәyib diqqәtlә qulaq asasınız!
             – Siz hәlә mәnim kimi dinlәmәyi vә boşboğazlıq etmәmәyi
          öyrәnin, sonrasına baxarıq! – Çemçura dişlәrini qıcadı.
             Bronzentoler qraf Dombe-Dembo-Dembitskinin әhvalatını
          danışmağa başladı.


                              Sәkkizinci fәsil

             – Demәk, harda qalmışdıq? Hә, qraf Dombe-Dembo-
          Dembitskidә. O, Polşanın qәdim vә zәngin Dombe-Dembo-
          Dembitskilәr nәslindәndir. Polşa tarixindә misilsiz rol oynamış
          Pototski, Lyubomirski vә Zamoyskilәrlә yaxın qohumdur.
          Dembitskilәrә min kvadrat verstlәrlә ölçülәn iri әkin sahәlәri,
          nadir ağacları olan meşә zolaqları, dәbdәbәli saraylar, meyvә
          bağları, cins at sürülәri, faytonlar, ov köpәklәri mәxsusdur. Pan
          deyir ki, onlar ova vә ya gәzintiyә çıxanda altı at qoşulmuş
          karetlәr yan-yana düzülürdü, meşәbәyilәr dә atın belindә karetlәri




                                                              271
   266   267   268   269   270   271   272   273   274   275   276