Page 266 - Sholom_Aleyhem_Макет 1
P. 266

Şolom Aleyxem

                                   Altıncı fәsil

                – Demәli, belә! – Bronzentoler belini dikәldib dillәndi, –
            nәyә can atdığınızı indi başa düşürәm. Keçmişin xülyaları ilә
            nәfәs alırsınız, daha doğrusu, on üçüncü uduşun eşqi ilә yaşayırsınız.
            Oyunun incәliklәrini anlayıb zәfәr çalmağı arzulayırsınız. Әlbәttә,
            buna haqqınız var, öz işinizdir, mәn mәslәhәt verә bilmәrәm.
            Yalnız onu deyә bilәrәm ki, mәsәlә heç dә sizin tәsәvvür etdiyiniz
            kimi sadә deyil, yәni sәhv yoldasınız!
                Arkadi Şveytser özünü tәhqir olunmuş hesab etdi:
                – Deyirsiniz, sәhv yoldayam? Sizin nә vecinizә? Fabriklәr
            çalışır, gәmilәr üzür, dәyirman üyüdür, hazıra nazirsiniz, işiniz-
            gücünüz әsginasları sayıb pul kisәsinә yığmaqdır. Üzr istәyirәm,
            hörmәtli cәnab, mәsәlәn, sizdәn xәbәr alıram, nә işlә mәşğulsunuz?
                – Nә ilә mәşğulam? E.... – ev sahibi cavabı lәngitdi. Bu sual
            üzәrindә çoxları baş sındırmışdı, saysız-hesabsız cәhdlәr gös -
            tәrilmişdi, lakin kimsә konkret cavab ala bilmәmişdi!
                – Niyә cavab vermirsiniz? Dini şeirlәr yazırsınız, yoxsa
            adamların bәdәnindәn cinlәri qovmaqla mәşğulsunuz? Bәlkә,
            qәlp pul çap edirsiniz? Qorxmayın, mәnә söylәyә bilәrsiniz, sirri
            kimsәyә vermәrәm, dilimi dinc saxlamağı bacarıram.
                – E...elә bilmәyin ki, sizdәn qorxuram, ya da çәkinirәm.
            Mәsәlә burasındadır ki, burada deyilәsi bir söz yoxdur.
                – Yaxşı, bunun bir adı olmalıdır, ya yox?
                – Mahiyyәti dә ondadır ki, heç bir adı yoxdur. Çemçura,
            sizcә, ona nә ad vermәk olar? Niyә susursunuz?
                Cılız bәdәnli yazıçı sanki yuxudan qәfil oyanmış kimi,
            oturduğu çarpayıdan dik atılıb eynәyini gözünün üstünә basdı,
            ayağının birini dizdәn qatladı.
                – Sizin mәşğul olduğunuz işi necә adlandıraq? Heç necә!
            Onun adı yoxdur!
                – Buyurun! – ev sahibi gözü ilә yazıçıya işarә etdi. –
            Gördünüz? Çemçura bir ayağı üstә necә donub-qalıb? Bax mәn
            dә xeyli müddәtdir ki, bir işin başında hәrlәnib-fırlanıram, böyük
            işdir, amma, necә deyәrlәr, hәlәlik yerimdә sayıram.




             266
   261   262   263   264   265   266   267   268   269   270   271