Page 270 - Sholom_Aleyhem_Макет 1
P. 270
Şolom Aleyxem
Soruşuram: “Pan qraf, şәhәr xoşunuza gәlirmi?” – “Çox
gözәldir. Nәinki şәhәr, adamları da ürәyimcәdir. Xüsusәn dә
yerli yәhudilәrә vurğunam”. Sәn demә, yәhudilәr barәdә çox
yüksәk fikirdәdir. Deyir, yәhudilәr çox yaxşı xalqdır. “İzraelitı,
esto bardzo şlyaxetna natsiya” (polyakca – “yәhudilәr çox
alicәnab xalqdır”) – bәli, vicdanım haqqı, mәhz belә söylәdi. İlk
dәfә görürәm ki, polşalı pan yәhudilәri hörmәtlә “izraelitlәr”
adlandırır, başqaları kimi “cuhud” demir, onların tarixini, qәdim
hökmdarlarını, müqәddәslәrini tәriflәyir. Mәsәlәn, çar Solomonu!
Pan bildirir ki, çar “bardzo ne qlupı çlovik”, yәni ağıllı adam
olub. Hә, hәqiqi sözümdür, belә deyir!
Uzun sözün qısası, ağa dükana ayaq açdı, әziz qonağa çevrildi.
Sәbәbini bilmirәm, amma dostlaşdıq, bir-birimizә böyük rәğbәt
bәslәmәyә başladıq. Hәr cümә günü axşam bizә qızardılmış
balıq yemәyә gәlirdi, şәnbә günü isә mәn onlara çay dәsgahına
gedirdim. Kimdir, nәçidir – bilmirәm! Ordan-burdan eşitmişәm
ki, qrafdır, soyadı da Dombe-Dembo-Dembitskidir.
– Soyada bax a... – Arkadi dillәndi. – Lap bizim Moyşe-
Mendl-Mordxe-Arn-Peyse-Dvoyre-Moyşe-Mendisә bәnzәyir.
Adamın dili dolaşır! Onun adını dilinә almazdan әvvәl gәrәk
yarım şaqqa qoyun yeyәsәn! Nә isә! Sizin panın soyadı necә idi?
– Dombe-Dembo-Dembitski! Şәhәr kәnarında, iki bacısı ilә
birgә yaşayır. Qadınlar cavan deyil, ikisinin yaşını toplasaq yüzü
keçәr. Qapalı hәyat sürürlәr, insanlardan qaçırlar, hәlә indiyәdәk
bir dәnә yad kişiyә onları görmәk nәsib olmayıb, hәmçinin dә
mәnә. Hәr dәfә bacılarından söhbәt salanda pan saymazyana
әlini yellәyir vә müştüyünә papiros taxıb çәkmәyә başlayırdı.
Bir dәfә şәnbә günü onunla çay içirik, qәfildәn pan soruşur:
“De görüm, pan Moşka, mәnә nә qәdәr qiymәt qoyarsan?” –
“Anlamadım, pan qraf, bu nә sualdır?” – cavab verirәm. “Yәni
necә düşünürsәn, var-dövlәtim nә qәdәrdir?” – “Allah bol elәsin,
nә qәdәr varsa, on qat artıq olsun”. Pan yenә soruşur: “Ale
napşiklad?” – yәni, “Tәxminәn nә qәdәr?” İşә düşdük dә! Nә
cavab verәsәn? Ağlıma gәlәn rәqәmi dedim: on min. Qarnını
270