Page 275 - Sholom_Aleyhem_Макет 1
P. 275
Şən kompaniya
Bronzentoler bunu deyib milyonlar barәdә әhvalatın ardını
danışmağa başladı.
Doqquzuncu fәsil
– Hә, harda qalmışdıq? Bizim millәtdә. Allaha şükür, yәhudilәr
alveri, borc alıb-qaytarmağı yaxşı bacarırlar. Fırfıra kimi hәrlәnirlәr.
Onlara desәn ki, göylәrin dәrinliyindә ticarәt yarmarkası açıblar,
әllәrindәki işi yarımçıq atıb uçacaqlar göylәrә, dәridәn-qabıqdan
çıxıb yarmarkada nәsә alıb-satacaqlar. Bәs yәhudiyә sanballı iş
tәklif etsәn, onda necә? Mәsәlәn, qanuni miras, külli miqdarda
pul sәpәlәnib yerә, sadәcә әyil, yığ! Kimә deyirsәn? Ağıllarına
batmır! Axı burada yaxşı qazanc var! Yox, min bir bәhanә
tapırlar: “Nәsә ağlım kәsmir. Çox gülmәlidir! Yәni o qәdәr pula
sahib duran yoxdur? Әşi, nәyimә lazım, bu pulu hara xәrc -
lәyәcәyәm?” vә sair vә ilaxır... Belәsinә nә cavab verәsәn? Ay
insan cildinә girmiş heyvan! Söhbәt doxsan doqquz milyondan
gedir! Siz bir bu yәhudilәrin cavabına baxın: “Yox, qoy bu
milyonluq mәsәlә sizә qalsın. Bizә xırım-xırda iş verin!” Elәlәri
dә var, eşidәndә qәhqәhә çәkib adamı lağa qoyurlar: “Milyonlardan
nә xәbәr? Bala-bala cibişdana axır, ya yox?” Pandan utanırdım,
xәcalәt çәkirdim, axı yәhudilәri daim tәriflәyirdi, müdriklәrin
müdriki sayırdı. Bu da sәnә müdrik! Bu axmaqları yalnız uzun-
qulaqla müqayisә etmәk olar! Vәssalam!
Dost-tanışdan bir-ikisi sәfәr pulunu ödәmәyә razılıq verdi.
Amma mәsәlә digәr xәrclәrә, sәnәdlәrin hazırlanması üçün
mәsrәflәrә çatanda geri çәkildilәr. “Pul yoxdur”, dedilәr. Niyә?
Filan qәdәr ödәdik, kifayәtdir. Pul quyusunun üstündә oturmamışıq
ki! Quyunun da suyu bir gün quruyur. Siz bir bu axmaqlara
baxın! Milyon qazanmaq istәyirlәr, ancaq mәsrәfsiz, xәrc çәkmәdәn!
gәrәk bişmiş yağlı tikәni gәtirib bunların ağzına qoyasan! Hazıra
nazirdirlәr! Bәzilәri susub kәnara çәkilirdi, amma elәlәri dә var
idi ki, bizi prokurorla, hәbslә hәdәlәyirdilәr. Arvadımın qulağını
o qәdәr doldurdular ki, mәndәn boşandı.
275