Page 274 - Sholom_Aleyhem_Макет 1
P. 274

Şolom Aleyxem

            nәyi gözlәyirsiniz? Alın da!” – “Hә! Yel әsib, qoz tökülüb! Elә
            bilirsiniz, gedәn kimi gözlәrini yumub pulu verәcәklәr? Vәkil
            tutmaq, qalaq-qalaq sәnәdlәr hazırlamaq lazımdır. Bu, heç dә
            asan iş deyil. Üstәlik, gәrәk hövsәlәn vә çoxlu pulun olsun!”
                Pan sakit görünürdü, müştüyünü damağına qoyub tüstülәdirdi.
            Mәnim isә içim qaynayır, qıvrılıram, tәpәmdәn tüstü çıxır, az
            qalır ürәyim dayansın. Mәndәn soruşur: “Pan Moşka, sizә noolub?
            Niyә hәyәcanlısınız? – “Hәyәcan keçirmәyim, neylәyim? Bu
            qәdәr pulun adını eşidәndә adamın ağlı başından çıxar. Doxsan
            doqquz milyon! Xәyalat kimi görünür! Yerin deşiyindәn dә olsa,
            pul tapıb ora yollanardım!” Görürәm, sözlәrimi vecinә almır,
            sakitcә oturub müştüyü sümürür, üzünün bir tükü dә tәrpәnmir,
            sanki demәk istәyir: “Әlac nәdir? Milyonlara görә özümü hәlak
            etmәyәcәyәm ki? Hәyat şirin şeydir!”
                Söz danışdı da! Başladım panı dilә tutmağa. Hәr gün deyirәm:
            “Pan, niyә ağzınıza su alıb oturmusunuz? Dost-tanışdan bir az
            pul tapmağa çalışaram”. Cavab verir: “Әgәr ürәyindәn keçirsә,
            cәhd elә. Bәlkә dә, tapdın. Yәhudilәr işә yarayan adamlardır,
            çünki bu xalq hәm ağıllı, hәm dә varlıdır. Dünyada yәhudilәr
            kimi yaxşı xalq yoxdur. Yer üzündә iki möhtәşәm millәt var –
            polyaklar vә yәhudilәr.  Yalnız onlar dünyanı idarә etmәyә
            qadirdirlәr. Digәr xalqlar bir-biri ilә müharibә aparacaq, biri
            digәrinin axırına çıxacaq, yer üzündә tәkcә polyaklar vә yәhudilәr
            qalacaq. Hәqiqi sözümdür!”
                – Әşi, onun komplimentlәrini tәkrar etmәyin nә mәnası? –
            Şveytser hövsәlәsini basa bilmәdi. – Yaxşısı budur, deyin, sizi
            eşitdi, ya yox?
                – Ay-hay... – Bronzentoler cavab verdi. – Әsl әhvalat hәlә
            bundan sonra başlayır.
                – Doğrudan? – Arkadi soruşdu. – Bәs indiyә kimi danışdıqlarınız
            nә idi?
                – Giriş! – yazıçı dillәndi.
                – Düzdür! Haqlısan, Çemçura! Bu, giriş idi.  Amma giriş
            hissәsinin belә uzun olması sizi qorxutmasın.




             274
   269   270   271   272   273   274   275   276   277   278   279