Page 272 - Sholom_Aleyhem_Макет 1
P. 272

Şolom Aleyxem

            müşayiәt edirdi. Bәs çaxır zirzәmilәri? Buradakı çәllәklәrdә göz
            yaşı kimi tәmiz araq, әtirli çaxır, әla konyak, tәbii bal, müxtәlif
            meyvә içkilәri saxlanılırdı. Şüşәni açmaq istәyirsәn, tıxac qazın
            tәsirindәn güllә kimi çıxıb tavanı deşir, şәrabın әtrindәn bihuş
            olursan...
                Bronzentoler әli ilә tıxacın şüşәdәn necә çıxdığını göstәrdi:
                – Part!!!
                Bu an Şveytser yenidәn araya girdi:
                – Sizә bir söz deyim. Karetlәri, cıdır atlarını, köpәklәri, at
            belindә çapan meşәbәyilәri bir qab Polşa balına, ya da içkisinә
            dәyişirәm. Bәlkә, çaxır daha çox xoşunuza gәlir?
                – Әşi, fәrqi nәdir, tәki içmәyә bir şey olsun! – Bronzentoler
            cavab verib söhbәtinә davam etdi. – Nağd pul, saysız-hesabsız
            bank hesabları... Bu adamların işi-peşәsi gecә-gündüz pul qırxmaq
            idi, elә hey qırxırdılar, qırxırdılar...
                Bronzentoler bu sözlәri deyәndә iki barmağını qayçı kimi
            hәrәkәt elәtdirib “pul qırxmağı” göstәrdi, otaqdakılar dәrhal
            gözlәri önündә qalaq-qalaq pul  canlandırdılar.
                Şveytser dillәndi:
                – Anamın ulu babası da çox zәngin olub, mal-qarası, qoyun-
            quzu sürülәri... Hamısını sağıb qurtara bilmirdilәr. Böyük çala
            qazıb heyvanları ora salıblar ki, süd öz-özünә tökülsün, onlar da
            dırnaqları ilә tapdalayıb yağ hasil elәsinlәr.
                – Görürәm, – ev sahibi tәәssüflә bildirdi, – sizә elә gәlir ki,
            zarafat edirәm. Әzizim, bu, sizin üçün “Min bir gecә” nağılı de -
            yil!
                – Allah eşqinә! – Arkadi özünә bәraәt qazandırmağa çalışdı, –
            niyә elә fikirlәşmәliyәm? Uşaq deyilәm ki! Danışın, danışın,
            qulağım sizdәdir.
                –  Yaxşı. Harda qaldım? Hә, demәli, çox zәngin idilәr vә
            1863-ci il Polşa qiyamına qәdәr şad-xürrәm yaşayırdılar. Amma
            qiyamdan sonra bütün var-dövlәti әllәrindәn alıb qraf titulundan
            mәhrum etdilәr. Qraf Dombe-Dembo-Dembitskinin sonu çatdı,
            adi pan Dombe-Dembo-Dembitski oldu!





             272
   267   268   269   270   271   272   273   274   275   276   277