Page 262 - Sholom_Aleyhem_Макет 1
P. 262

Şolom Aleyxem

                                   Beşinci fәsil



                – Bәlkә dә, gözәlçәdәn ayrılmağımdan, mәnә necә badalaq
            gәlmәyindәn danışmalıyam, amma qorxuram ki, söhbәt uzansın,
            üç gün-üç gecә dә danışsam, bitmәz, qoy başqa vaxta qalsın. Nә
            isә, gözәlçә ilә vidalaşıb getdim. Burada, Yequpetsdә mәskәn
            salıb iş axtarmağa başladım. Lakin mәnim kimi adam nә işlә
            mәşğul ola bilәr? Açığını deyim, tәnbәlәm, yazıb-oxumağı evdә
            öyrәtmәyiblәr, birjada taxıl, düyü, qiymәtli kağızların alqı-satqısı
            ilә mәşğul olmağa qorxuram. Allahın gözündәn iraq, birdәn alver
            baş tutmaz, müflis olaram!
                Bir işin qulpundan yapışana qәdәr gәzdim, dolandım. Necә
            deyәrlәr, hәr aşiqin bir dövranı var. Yәni әvvәl-axır tale üzünә
            gülmәlidir. Soraqlaşdım, bir kiçik daxmanı nişan verdilәr, ora
            ayaq açdım. Gördüklәrimdәn razı qaldım: hәr gecә yığışırlar,
            gah bu evdә, gah başqasının evindә, guya ad günü qeyd edirlәr.
            Tәxminәn otuz-qırx qonaq olur, aralarında nә qәdәr desәn özün -
            dәn   müştәbeh, әrköyün adam var. Bu cavanlar sanki bir ağızdan
            deyirlәr ki, “biz bişmişik, gәlin bizi yeyin!” Ev sahibi dә arif
            adamdır. Qonaqları yaşıl mәxmәrli masaların arxasına dәvәt edir,
            oyunbazlardan kimi harada әylәşdirmәyi yaxşı bilir. Özü isә çox
            ehtiyatlıdır, nәvaziş göstәrir. Evin xanımı hamıya çay gәtirir,
            mürәbbәyә qonaq edir – gizli kazinoda qumar, әsl klublarda
            olduğu kimi, sәhәrә qәdәr davam edir...
                Demәk belә, mәni dә hәmin әrköyünlәrdәn biri hesab edib
            şübhәli adamlarla bir masa arxasına әylәşdirdilәr.  Aralarında
            birinin qızıl düymәlәri vardı, kapitan idi. Başladılar, necә lazımdır,
            mәni soymağa, yәni cibimi boşaltmağa. Tәnbәllik elәmәyib ayağa
            qalxdım vә ev sahibini sәslәyib kәnara çәkdim: “Qulaq as,
            babacan! Bilin ki, tәkcә qulağımın dalı qalıb! Diz çökәn oğlanlardan
            deyilәm. Amma yanımda әylәşmiş kapitan heç xoşuma gәlmir”.
            Ev sahibi soruşur: “Necә yәni xoşuma gәlmir?” – “Әgәr o,
            kapitandırsa, onda mәn dә qubernatoram”. Ev sahibi: “Niyә bu
            qәnaәtә gәlmisiniz?” – “Әllәrindәn görürәm! Çox itidir! Kartları




             262
   257   258   259   260   261   262   263   264   265   266   267