Page 255 - Sholom_Aleyhem_Макет 1
P. 255

Şən kompaniya

          utancaqdırlar. Başqalarının tәsiri altına düşürlәr, adamlar onlardan
          sui-istifadә edir, istismar alәtinә çevirirlәr. Bu tip adamlarla
          istәdiyiniz kimi rәftar edә bilәrsiniz, onları ram etmәk çox asandır.
          Haqqını tәlәb etmir, özgәnin dәrdini çәkir, başqasının günahı
          onun başında çatlayır, yoxsulluq içindә ömür sürürlәr. Şika -
          yәtlәnmәyi sevmirlәr, hamının gözü qarşısında ürәklәrini boşaltmağa
          hazırdırlar. Özünü sәnin yolunda qurban verәr, imkan düşәndә
          sәnә elә qısılar ki, onu özündәn heç cürә uzaqlaşdıra bilmәzsәn,
          lap körpә küçük kimi!

                                Üçüncü fәsil

             Hәyat belәdir dә! Kömәk, bәzәn gözlәmәdiyin yerdәn gәlir!
          Allah bilir, Bronzentoler otağa daxil olmasaydı vә yazıçı “Vәba”
          әsәrini oxumağı dayandırmasaydı, Arkadinin başına nәlәr gәlәcәkdi.
          Bir dәfә mәnә söylәmişdilәr: hansısa yazıçı әsәrini sağlam,
          pәhlәvan cüssәli bir adama oxuyub, zavallının ürәyi gedib. O
          gündәn hәmin adam “yazıçı” sözünü eşidәndә güllә kimi aradan
          elә çıxır ki, izi-tozu da qalmır.
             – Çemçik, Allah bәndәsini göndәrib, siz isә әsәrinizlә onun
          zәhlәsini tökürsünüz. Tullayın o “Vәba”nı kәnara, yaxşısı budur,
          gәlin bir tikә çörәk yeyәk.
             Ev sahibi masaya bağlama qoydu, içindә çörәk, çömçәbalığı,
          iki baş soğan vә bir şüşә tәmiz araq vardı.  Arkadi bәrәlmiş
          gözlәri ilә ev sahibinә baxırdı, bu adam tanınmaz olmuşdu:
          әyninә qara kaftan, ağ köynәk geymişdi, ayağında qırmızı bağlı
          sarı uzunboğaz çәkmәlәr vardı, başına enli hәsir şlyapa qoymuşdu,
          burnunun ucuna pensne taxmışdı. Dәbdәbәli görünürdü, işıq
          saçırdı! Tünd-qәhvәyi, kömürә çalan çöhrәsi şlyapanın altında
          gümüş kimi bәrq vururdu.
             Paltarlarını soyunub Adәm kimi çılpaq qalan Bronzentoler
          uzun tüklü ayaqlarını eybәcәr ayaqqabıların içinә soxub dedi:
             – Hә, Çemçik, bir evdarlıq elә, çay hazırla!
             Qırmızı qalstuklu, ağ şalvarlı yazıçı ağır-ağır әyilib çarpayının
          altından samovar çıxartdı vә qapıya doğru getdi.  Yazıçının




                                                              255
   250   251   252   253   254   255   256   257   258   259   260