Page 251 - Sholom_Aleyhem_Макет 1
P. 251

Şən kompaniya

          Ayda dörd rubl, çarpayı mәndәn, yataq dәsti sizdәn, gündә bir
          dәfә samovardan qaynar su götürә bilәrsiniz, bir hәftәnin pulunu
          da әvvәlcәdәn ödәmәk lazımdır. Nә işlә mәşğulsunuz?
             – Nә iş görürәm? – qonaq dodaqaltı mızıldandı. – Hә...
          Demәk, gündә bir dәfә qaynar su... Mәn iki dәfә nәzәrdә
          tutmuşdum.
             – İki dәfә nәyinizә gәrәkdir? Bәyәm bütün günü evdә
          oturacaqsınız? Ora-bura getmәyәcәksiniz?
             – Getmәyinә gedәcәyәm, – qonaq cavab verdi. – Bәzәn elә
          olur ki, evә tez gәlirsәn, könlündәn çay keçir...
             – Su için!
             – Mәslәhәtә görә minnәtdaram.
             – Dәymәz, – yarıçılpaq ev sahibi bildirdi, amma yenә dә
          gördüyü işdәn gözünü ayırmayıb qonağa tәrәf baxmadı.
             – Demәk, burada neçә nәfәr qalacağıq? – qonaq soruşdu,
          mәәttәl qalmışdı ki, bu darısqal otağa üç çarpayını necә yerlәş -
          diriblәr.
             – Burada üç nәfәr, bir dә ev sahibi.
             – Üç adam, bir dә ev sahibi? Amma burada cәmi üç çarpayı
          var axı. Bәs siz harda yatırsınız?
             – Mәnә görә narahat olmayın! Yer taparam. Masanın üstündә
          dә yata bilәrәm.
             Qonaq heç nә anlamadı. Tәsәvvürünә gәtirә bilmirdi ki, yaşlı
          adam masanın üstünә necә yerlәşәcәk, bәs ayaqlarını hara
          uzadacaq? Düşündü ki, ev sahibi onunla mәzәlәnir, dözmәyib
          soruşdu:
             – Bilmәk maraqlı olardı, belә böyük adam kiçik masa üstündә
          necә yata bilәr?
             – Necә? Çox sadә! Bura әlavә iki masa da birlәşdirirsәn,
          vәssalam!
             – Sizin axı bir masanız var...
             – Hә... bu, heç yaxşı olmadı...
             “Qoca tәlxәk!” – qonaq düşündü vә yenidәn qocaya müraciәt
          etdi:





                                                              251
   246   247   248   249   250   251   252   253   254   255   256