Page 249 - Sholom_Aleyhem_Макет 1
P. 249

ŞӘN KOMPANİYA



                                Birinci fәsil

             Qızmar yay günündә, böyük şәhәrin, mәsәlәn, Yequpetskin
          qәlәbәlik küçәlәrindәn birindә qarabuğdayı, qırmızıyanaq bir
          gәnc siqar sümürә-sümürә var-gәl edirdi.  Yaşı da tәxminәn...
          Yox, yaşını dәqiq söylәyә bilmәyәcәyәm, çünki pasportuna
          baxmamışam. Әvvәllәr, bizimkilәr saqqal uzadanda buna әsasәn
          yaşını müәyyәn etmәk olurdu. İndi isә, Allah kömәyimiz olsun,
          saç-saqqalı qırxmaq adi hal alıb, ona görә dә adamın qırxılmış
          sifәtindәn anlamaq olmur ki, bu, cavandır, yoxsa qoca? Bәzәn,
          ümumiyyәtlә, çaşbaş qalırsan: qarşındakı yәhudidir, ya yox?
          Әlbәttә, diqqәtlә fikir versәn, burnundan, gözlәrindәn vә baxış -
          larından yәhudi olduğunu anlamaq çәtin deyil. Gözlәrindәn dәrhal
          oxunur: “Siz kimsiniz? Biz tanışıq? Nә iş görürsünüz? Bir-
          birimizin işinә yarıya bilәrik?”
             Lakin... qayıdaq qarabuğdayı cavana.
             Qarasaçlı oğlan tәmkinlә addımlayırdı, siqarı da acgözlüklә
          elә sümürürdü ki, deyәrdin indicә nahar süfrәsi arxasından durub
          vә kefinә bir az da kef qatmaq üçün siqar tüstülәdir. Bu gözәgәlimli,
          alyanaq gәncin bığlarının ucu yuxarı burulmuşdu. Amma geyimi
          elә dә qüsursuz deyildi: pencәyinin qolunun ucu kirdәn parıldayırdı,
          şalvarının dizlәri sürtülmәkdәn ağarmışdı, dabanları yeyilmiş
          köhnә laklı ştibletlәri dә dәrhal gözә çarpırdı. Adamın başının
          üstündә Allah var, düzünü demәk lazımdır, ştibletlәr yırtıq deyildi,
          amma üzәrindәki lak çat-çat olmuşdu. Şlyapasından da bilinirdi
          ki, o qәdәr dә imkanlı deyil. Çünki belә şlyapalar artıq dәbdәn
          düşüb, köhnәlib, lenti dә lәkә ilә dolu idi. Hә, belә şlyapanı qoy-
          maqdansa, qoymamaq yaxşıdır!
             Kasıbçılığın üzü qara olsun! Heç bilmirsәn haçan gәlir.
          Әvvәlcә özünü şlyapa vә ayaqqabıda büruzә verir, sonra cibindәki
          pul kisәsi әrimәyә başlayır, son qәpiyinә qәdәr, nәyin varsa, әlin -
          dәn çıxır, qalırsan ac-yalavac, borc qәbzlәri qanını qaraldır, pul
          kisәsinin dә dibi yırtıq...



                                                              249
   244   245   246   247   248   249   250   251   252   253   254