Page 247 - Sholom_Aleyhem_Макет 1
P. 247

Rəhmət qazanmaq istəyi

             – Evlisәn?
             – Bәli.
             – Uşaqların var?
             – Var.
             – Nә ilә mәşğul olursan?
             – Ticarәtlә.
             – Ölәn nәyindir?
             – Qayınanam.
             – Adı nә idi?
             – Xave-Nexama.
             – Atasının adı?
             – Qerşon.
             – Neçә yaşı vardı?
             – Qırx.
             – Nәdәn ölüb?
             – Qorxudan.
             – Qorxudan?
             – Bәli.
             – Necә yәni, qorxudan? – uryadnik qәlәmi qoyub papiros
          yandırdı, mәni başdan-ayağa elә süzdü ki, dilim-ağzım qurudu.
          Madam demişәm, gәrәk dalında durum! Әhvalat uydurub danışdım,
          guya qayınanam corab toxuyurmuş, yadından çıxarıb ki, otaqda
          ondan savayı, Efraim adlı oğlan da var. On üç yaşlı bu oğlan bir
          qәdar gicbәsәr, dәcәl imiş, otaqda öz kölgәsiylә oynayırmış. O,
          qadının arxasında dayanıb әli ilә divara keçi kölgәsi salıb vә
          birdәn “Mәәәә!” deyә bağırıb. Bu vaxt qadın stuldan yıxılıb vә
          canını tapşırıb.
             Uydura-uydura gedirәm, uryadnik isә gözünü mәndәn ayırmır.
          Axıra qәdәr dinlәdi, tüpürüb sarı bığlarına sığal çәkdi, ölünün
          üzünü açıb baxdı vә başını buladı, sanki deyirdi: “Nәsә, qәliz
          mәsәlәdir!” Bir-birimizә baxırıq, hәyәcandan köks ötürürәm.
             – Hә, yaxşı, mәrhumәni dәfn edә bilәrsiniz, – uryadnik
          qardaşlıq üzvlәrinә deyir, – amma bu adamı tutub saxlamalıyam,
          çünki mәrhumәnin, hәqiqәtәn, qayınanası olduğunu vә qorxudan
          öldüyünü yoxlamalıyam.




                                                              247
   242   243   244   245   246   247   248   249   250   251   252