Page 242 - Sholom_Aleyhem_Макет 1
P. 242
Şolom Aleyxem
– Adil Allaha dua et! Nә... hә? Bәs pul? Dәfn haqqı?
– Nә pul? Nә dәfn haqqı? Yazıq lüt-üryandır, dilәnçi kökündә
yaşayır, bir sürü uşağı var. Yaxşılıq edin, rәhmәt qazanarsınız,
reb Şepsl...
– Rәhmәt? Yaxşı, çox yaxşı. Mәhz nә? Nә? Harada? Dәfn
haqqı? Yәhudilәr! Nә? Hamı dilәnçidir! İ-O! HӘ-FE!
Dediklәrini başa düşmәdim, әsәbi halda üzünü çevirib yenidәn
dua etmәyә başladı, amma bu dәfә sözlәri tәlәsik deyirdi.
Әynindәki әbanı çıxarıb tulladı vә elә qәzәblә üstümә düşdü ki,
sanki qatı düşmәniyәm, ya da çörәyini әlindәn almışam.
– Sәn nә danışırsan? – bağırdı, – bizim dilәnçi şәhәrimizdә
öz yoxsullarımız kifayәt qәdәrdir! Onlar üçün heç kәfәn pulu
toplaya bilmirik, indi başqa yerdәn dә ölü gәtirirlәr? Bәyәm
dünyanın bütün ölülәrini burada dәfn edәcәyik? Yoxsa ölәnlәrin
hamısını bura gәtirәcәklәr, hә?
Özümә bәraәt qazandırmağa başladım: heç bir günahım
yoxdur, ancaq yaxşılıq etmәyi düşünürdüm. Tәsәvvür edin,
küçәdә qarşınıza meyit çıxıb, şübhәsiz, yan keçmәk günahdır,
onu dәfn etmәk lazımdır.
– Siz, – deyirәm, – namuslu, mömin yәhudilәr, bu әmәlinizlә
özünüzә rәhmәt qazana bilәrsiniz!
Bunu eşidәndә bir az da coşdu, ağzından çıxanı dedi:
– Sәn bir buna bax! Rәhmәt qazanmaq istәyәn yәhudi!
Şәhәrin küçәlәrini dolaş, adamlar acından, soyuqdan ölür, onlara
әl tut, bax, bu zaman özünә rәhmәt qazana bilәrsәn. Cavan
oğlan, rәhmәtlә alver etmәk günahdır! Xizәkdәki yükü avaraların
yanına apar, bәlkә, Allah rizasına, götürdülәr! Biz nәcib işlәrlә
mәşğuluq! Sәnsiz dә keçinib rәhmәt qazana bilәrik...
Reb Şepsl mәni qovub qapını bağladı. Bәlkә dә, sizi birinci
vә axırıncı dәfә görürәm, amma and içmәyә hazıram ki, hәmin
sәhәrdәn sonra ifrat mömin yәhudilәrә, bәdәnini әsdirmәklә,
donquldanmaqla, üz-gözünü turşutmaqla ucadan dua edәnlәrә
nifrәt bәslәyirәm.
Demәli, reb Şepsl, ifadәmә görә üzr istәyirәm, mәni qovdu...
Nә edim? Digәr xidmәtçilәrin yanına gedim? Amma, iş elә
242